Altayın Qızıl Dağları — 1998-ci ildə YUNESKO Altay dağlarının Rusiyadakı üç hissəsini Dünya İrsi daxil edib belə adlandırdı:
rus. Золотые горы Алтая | |
Altayın Qızıl Dağları [* 1] | |
Ölkə | Rusiya Federasiyası |
---|---|
Tip | Təbiət |
Kriteriya | x |
Keçid | 768 |
Region | Asiya və Okeaniya [* 2] |
Daxil edilməsi | 1998 (22 sessiya) |
|
|
Qorunan ərazinin ümumi sahəsi 16 178 km²-dir.
Bu ərazilərin seçimi, ümumilikdə Sibirdə alp bitki örtüyü zonalarının: çöl, meşə-çöl, qarışıq meşələr, subalp və alp zonalarını təmsil etmələri ilə bağlıdır. Bundan əlavə, qar bəbiri, Sibir dağ keçisi və Altay arkalı kimi nadir heyvanların populyasiyasının qorunması üçün bu ərazilərin əhəmiyyəti nəzərə alınmışdır.
Mühafizə zonasında Pazırık məzarlığının yerləşdiyi bəzi yerlər var.
Təbiəti Qoruma üzrə Beynəlxalq Birlik bu ərazilərin xüsusi qorunan statusa zəmanət verməli olduqları Dünya İrs Siyahısına daxil edilməsinə baxmayaraq burada brakonyerliyin çiçəklənməkdə davam etməsindən narahatdır. Ekoloqlar həmçinin Ukokdan Çinə gedən Koş-Aqağdan qaz kəməri və ekspress magistral yolunun çəkilişi layihəsindən narahatdırlar.[1]