Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, yönləndirilə və ya silinə bilər. |
Altay Niftaliyev — Azərbaycan musiqiçisi, tarzən.
Altay Niftaliyev | |
---|---|
| |
Ümumi məlumatlar | |
Doğum adı | Altay Niftaliyev |
Doğum tarixi | |
Doğum yeri | Şıxzərli, Qobustan rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Tarzən |
Musiqi aləti | Tar |
Təhsili | Mədəniyyət və İncəsənət Universiteti |
Altay Niftaliyev 1978-ci ildə Qobustan rayonunun Şıxzərli kəndində anadan olub. Atası yastıbalaban və qarazurna ifaçısı olub.[790 gündür mənbəsizdir]
Altay 1990-1995-ci illərdə rayondakı Rəşid Behbudov adına musiqi məktəbinin tar sinfində təhsil alıb. Ona tarın sirlərini ilk dəfə müəllimi Zahid Baxışov öyrədib. Murovdağın ətəyində hərbi xidmətini yerinə yetirib, 1999-cu ildə geri qayıtdıqdan sonra sənətini peşəkar şəkildə davam etdirmək istəyir. Əməkdar artist, tarzən Malik Mansurovdan bir il tarın sirlərini öyrənib, bacarığını təkmilləşdirir.[790 gündür mənbəsizdir]
2001-ci ildə A.Zeynallı adına Musiqi Kollecinə daxil olub, burada gözəl tarzən Elxan Müzəffərovdan dərs alıb.[790 gündür mənbəsizdir]
2004-cü ildə kolleci bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olmuş, sənətin sirlərini daha dərindən mənimsəmişdir. Universitetdə əməkdar artist, tarzən Vamiq Məmmədəliyevin sinfində təhsil alıb. Müəllimindən çox şey öyrəndiyini həmişə sayğı ilə dilə gətirir. Mədəniyyət və İncəsənət Universitetini qırmızı diplomla bitirərək, bir müddət Mədəniyyət və İncəsənət Universitetində müşayiətçi müəllim kimi çalışıb.[790 gündür mənbəsizdir]
2007-ci ildən sənət yoldaşları nağara ifaçısı Abbas Səfərov və kaman ifaçısı Araz Ağaverdiyevlə birlikdə "Uğur" trio qrupunu yaradırlar. Daha sonra "Qəhrəmanlar" adlı musiqi albomları işıq üzü görür.[790 gündür mənbəsizdir]
Altay Niftaliyev bir sıra bölgələrdə tanınmış incəsənət ustaları ilə birlikdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan dövlət tədbirlərində iştirak edib. Həmçinin peşəkar bir tarzən kimi milli musiqi sənətimizi dünyanın bir çox ölkələrində - Türkiyə, Belarusiya, Rusiya, Almaniya, ABŞ, Türkmənistan, İranda və s. ləyaqətlə təmsil etmişdir.[790 gündür mənbəsizdir]
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşan II Respublika muğam müsabiqəsində xanəndə Nişanə Baxışova və kaman ifaçısı Araz Ağaverdiyevlə birlikdə 3-cü yerə layiq görülüblər və Beynəlxalq muğam müsabiqəsində iştirak ediblər. A.Niftaliyev bu gün çox populyar olan bir çox muğam ifaçıları – xalq artisti Canəli Əkbərov başda olmaqla, Güllü Muradova, Nigar Şabanova, Nişanə Baxışova, Nisbət Sədrayeva, Elbrus Niftəliyev, Xətai Hacıyev, Elşad Aydınoğlu və b. ilə birgə geniş yaradıcılıq fəaliyyəti ilə məşğul olur.[790 gündür mənbəsizdir]
Altay özü də müəllimlik vəzifəsini yerinə yetirir, Bakı Mədəni-Maarif Kollecində gənclərə tar sənətinin incəliklərini aşılayır.[790 gündür mənbəsizdir]
Hər tarzənin kamança müşayiətçisi olur. Onun da kamançaçı Araz Ağaverdiyevlə sənət dostluğu 15 ilə yaxındır davam edir. Bir müddət bundan əvvəl isə “Arşın mal alan” adlı instrumental kompozisiyanı diskə yazdırıblar.[790 gündür mənbəsizdir]