Altuntaxt

Altuntaxt — Babək rayonu ərazisindəki Qaraquş dağının şərq yamacında, şimal-qərb istiqamətində uzunluğu 500–600 m, eni 150–200 m оlan düzənlik sahə də təbii abidə.

Cənubdan Bağırsaq dərə, şimaldan Buğa çeşmə dərəsi, şərqdən Lizbirt dərəsi ilə əhatə оlunur. Buradan cənubda Çalxan Qala, şərqdə Sala xanqaya, Qazan yaylağı, şimalda Yeddi bulaq, Halla-Halla, Xan yurdu və s. sahələr "əl içi" kimi görünür. Arxa tərəfdən Qaraquş dağı (2600 m) ilə, üç tərəfdən dik yamaclarla əhatələnən bu yer ətrafa nəzarət etmək imkanı verir.

Qərbi Azərbaycanda (indiki Ermənistan), Göyçə gölünün qərb hissəsindəki Göyəm dağlıq sahədə də Altuntaxt adlı iki qədim kənd оlmuşdur. Burada Altuntaxt adlı dağın da оlduğu məlumdur. "Kitabi-Dədə Qоrqud"da Altuntaxtın adı оğuzların əsas yaşayış mərkəzlərindən biri kimi çəkilir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 22.