Alveokokk - (lat. Alveococcus multicularis) lenşəkilli qurdlardır.
Alveokokk | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: taksonomik şablon yoxdur{{Plathelminthes}}, taksonun sistematikasını təsvir etməlidir Plathelminthes. ???: Alveokokk |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Alveokokk xarici formasına görə exinokokka oxşasa da, ondan nisbətən kiçikliyi, başda qarmaqların sayının azlığı və balalığın kürə formasında olmasına görə fərqlənir. Alveokokkun uzunluğu 1,45-3,05 mm, eni isə 0,25-0,48 mm-dir. Başda 4 sormac, iki dairədə yerləşmiş qarmaqlardan (24-34 ədəd) ibarət tac vardır. Cinsi dəlik buğumun ön kənarında yerləşir. Parazitin yerləşməsi exinokokkda olduğu kimidir. Enikokkdan fərqli olaraq müəyyən coğrafi zonalarda, müxtəlif heyvanlarda və qismən insanda parazitlik etməyə uyğunlaşmışdır.
Parazit Avropanın şimal rayonlarında, Şimali Kanadada, Alyaskada, Berinq dənizi adalarında, Rusiyada isə Sibirdə geniş yayılmışdır.
Alveokokkun lentşəkilli forması əsas sahib olan itin, canavarın, tülkünün və pişiyin bağırsağında, sürfə mərhələsi olan çoxyuvalı qovuq isə gəmiricilərdə, bəzən də insanda olur. Əsas sahiblərin bağırsağında cinsi yetişkənliyə çatmış lentşəkilli formanın axırıncı buğumunda yumurtalar ya bütöv buğumla, ya da bağırsağa düşmüş yumurta nəcislə birlikdə xarici mühitə çıxarılır. Aralıq sahiblər yumurtanı, ya da yumurta ilə dolu buğumu müxtəlif yem, su, meyvə ilə qəbul etdikdə və ümumi gigiyenik qaydalara riayət etmədikdə yoluxur. Həzm fermentinin təsirindən aralıq sahibin bağırsağına düşmüş alveokokk yumurtasının qabığı əriyir, içərisindən çıxan sürfə bağırsağın selikli qişasına daxil olur, oradan bağırsaq venasına, qaraciyərə, ağciyərə və digər orqanlara yayılır. İnsan bu parazit üçün aralıq sahiblər arasında fakultativ sahib hesab edilir. Müxtəlif aralıq sahiblərin və eləcə də insanın orqanına daxil olmuş onkosfer çoxsaylı kiçik (diametri 3–5 mm) qovuqcuqlardan ibarət bir iri qovuq əmələ gətirir. Bu böyük qovuq kəsiyinin quruluşu məsaməli pendirin kəsiyini xatırladır. Kiçik məsamələr, tünd-sarımtıl kütlə ilə dolu olub, içərisində bir başcıq yerləşir. Belə bir qovuq larvosista da adlanır. Larvosista və ya alveokokk qovuğu xaricə doğru tumurcuqlar verərək tədricən həcmcə böyüyür. Formalaşmış qovuğun səthi exinokokk qovuğundan fərqli olaraq kələ-kötür olur. Əsas sahib olan yırtıcı heyvanlar alveokokk qovuğu olan gəmiriciləri yedikdə, onların həzm aparatında qovuğun məsamələrindən xaric olmuş başcıqlar bağırsağın selikli qişasına yapışır və 1-1,5 ay ərzində cinsi yetişkənliyə çatır. Əsas sahibdə parazitin ömrü 3,5 aya kimidir.
İnsanın qaraciyər, ağciyər və digər orqanlarında alveokokk qovuğunu təşkil edən ayrı-ayrı qovuqcuqların hər birində metabolizm prosesi getdiyindən, onların maddələr mübadiləsinin son məhsulları orqan və toxumalar arasında iltihab prosesi yaradır. Qovuq böyüdükcə yerləşdiyi orqan və toxumaları dağıdır, xəstədə qaraciyər toxumasının atrofiyası, öd hazırlanmasının pozulması, ağciyərlərin, limfa düyünlərinin, mərkəzi sinir sisteminin normal funksiyasının pozulması baş verir. Xəstəliyin klinik əlaməti, adətən, özünü çox gec büruzə verir. Bəzən yoluxmadan bir neçə il keçdikdən sonra özünü göstərir. Qaraciyər alveokokkunda xəstəliyin ilk əlaməti qaraciyərin böyüməsi və sonralar isə çox kəskin ağrıların baş verməsidir. Əksər vaxtlar xəstəliyin ilk əlaməti sağ qabırğaaltı nahiyədə ağırlıq və küt ağrılar, qaraciyərin hamar olmayan səthə malik olması və bəzi yerində sıxlaşmış (daşlaşmış) toxumalarla xarakterizə olunur. Alveokokkoz zamanı baş vermiş metastaz bədxassəli şişlərin metastazından fərqlənmir. Sonralar isə xəstədə sarılıq və təngnəfəslik baş verir. Xəstə alveokokk qovuğu ilə 8-20 ilə kimi yaşaya bilər. Bəzən (boyunda baş vermiş metastaz zamanı) ölüm tez baş verir.
Alveokokkun diaqnozu exinokokka nisbətən daha çətindir. Xəstəliyin səbəbi əksər vaxtlar sürfənin inkişafının son mərhələlərində müəyyən edilir. Məhz bu vaxt müalicə də çətin olur, bu xəstəlik exinokokkozdan çətin ayırd edilir. Alvekokkoz exinokokkozda olduğu, kimi immunoloji və rentgenoloji metodla müəyyənləşdirilir. Qanda eozinofillərin sayının artması da ümumi diaqnostik hal ola bilər. Alveokokkoz zamanı onlar leykositlərin 20-25%-ni təşkil edir.