Amadu Diallo cinayəti, 4 Fevral 1999-cu ildə, Nyu-York şəhərində, 4 mülki geyimli NYPD polisi (Sean Carroll, Richard Murphy, Edward McMellon və Kenneth Boss) tərəfindən, 23 yaşlı Qvineyalı immiqrant Amadu Diallonun (Amadou Diallo) öldürüldüyü hadisə. Nyu-York Polis Departamenti, illərdir 51 qadına təcavüz edən və pullarını oğurlayıb qaçan İsak Cons adlı təcavüzkarın axtarışındaydı. Polislər Amadu Diallo adlı Qvineyalı immiqrantı təcavüzkar ilə səhv saldılar. Özünü itirən Amadu, silahları üzərinə tuşlanmış polislərin "Təslim ol" deməsindən sonra əlini cibinə salmaq istədi. Amadunun cibindən silah çıxardacaqını düşünən polislər 41 dəfə atəş açdılar. Polislərin etdiyi 41 atəşdən 19u Amaduya dəyərək ölümünə səbəb oldu. Amadu Diallo silahsız idi. Atəş açan 4 polis Qəsdən adam öldürmə ilə ittiham olundular lakin məhkəmədə bəraət qazandılar.[1]
Amadu Diallo cinayəti | |
---|---|
Tarix | 4 Fevral 1999 |
Yeri | Nyu-York |
Qurbanlar | |
Ölənlərin sayı | 1 (Amadu Diallo) |
Şübhəli olanlar |
Edward McMellon Sean Carroll Kenneth Boss Richard Murphy |