Amaterasu Yaponiya mifologiyasının, eləcə də sintoizmin əsas tanrılarındandır.
O, günəş və kainatın tanrısıdır. Amaterasunun adının mənası yaponcadan "cənnətdə parıldayan" deməkdir. İnanclara görə Yaponiya imperatorları birbaşa Amaterasunun nəslindəndir.
Amaterasu haqqında ilkin məlumatlara Kojiki və Nihon Şoki adlı ən qədim iki yazılı mənbədə rast gəlmək olar. Amaterasu Izanaqidən onun Yomiyə, yeraltı dünyaya Izanamini xilas etmək üçün etdiyi uğursuz səfərdən sonra təmizlənərkən doğulmuşdu. O, İzanaqinin sol gözündən doğuldu və günəşin tanrısı oldu. İzanaqinin sağ gözündən doğulan qardaşı Tsukuyomi isə gecənin tanrısı oldu. Tsukuyominin qida tanrısı olan Uke Moçini öldürənə kimi Amaterasu səmanı qardaşı Tsukuyomi ilə bölüşürdü. Yaranmış narazılığa görə Amaterasu Tsukuyomidən aralandı və beləcə gecə-gündüz yarandı.