Amator və ya Həvəskar (fransızca: amateur) — Bir işi və ya peşəni həyatını qurmaq üçün və ya pul üçün deyil, zövq üçün işləyən həvəskar, bu işə maraqlı insanlar üçün istifadə olunan bir termindir. Bunun əksi “peşəkardır”. Həvəskarlar öz işlərində mütəxəssis deyillər, peşə olaraq da bu işi peşə olaraqda öyrənməmişlər. Bu söz həm də “təcrübəsiz” və “səriştəsiz” kimi sərt şəkildə istifadə olunur. Qədim fransız dilində “sevən, aşiq” mənasını verən “amateur” sözünün kökü 1784-cü ilə təsadüf edir. Fransız dilinə isə yenə latıncadan eyni mənaya gələn “amatorem” (nom.“amator”) sözündən girmişdir.[1][2].