Ambarçik buxtası

Ambarçik buxtasıŞərqi Sibir dənizinin şərqində yerləşən buxta. Stolbovoy və Medvejıy burunları arasında yerləşir. Şimal hissəsi dənizə açılır. Materik daxilinə 3 km daxil olur. Ən enli yeri 7 km-dir. Maksimal dərinliyi 4 metrdir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Bəzi hissələr isə sıldırımlıdır. Şərqində Medvejıy körfəzi, qərbində isə Troyan buxtası yerləşir[1].

Ambarçik buxtası
rus. Бухта Амбарчик
Ümumi məlumatlar
Tip Buxta (körfəz)
Yerləşməsi
69°38′55″ şm. e. 162°18′23″ ş. u.HGYO
Ölkələr
Akvatoriyası
Ambarçik buxtası xəritədə
Ambarçik buxtası
Ambarçik buxtası
Ambarçik buxtası xəritədə
Ambarçik buxtası
Ambarçik buxtası

Körfəz oktyabrdan iyula qədər buzla örtülü olur. Buxtanın şərq sahillərində Anbarçik kəndi yerləşir. 2001-ci il məlumatına əsasən kənddə 6 nəfər yaşayır[2]. Kənddə meteostansiya yerləşir.

İnzibati cəhətdən Rusiya Federasiyası Saxa Respublikası ərazisinə daxildir. Saxa ilə Çukotka Muxtar Dairəsi arasında sərhədə yaxındır.

  1. "Топографическая карта бухты R-58-XIX, XX — 1 : 200 000". 2019-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-04.
  2. М. Ю. Присяжный, М. К. Аммосова. "РС(Я)" (rus). Якутский Государственный Университет, "Центр Интернет". 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-22.