American Motors Corporation (AMC) — 1954-cü ildə Nash-Kelvinator Korporasiyası və Hudson Motor Avtomobil Şirkətinin birləşməsi ilə qurulmuş amerikan avtomobil şirkəti olmuşdur. Bu ittifaq həmin dövr üçün amerikan tarixində ən böyük korporativ birləşmə olmuşdur.
AMC-nin Chrysler şirkətinə satılması ilə bağlı danışıqlara 1985-ci ildə başlanmış, 1987-ci ilin 9 mart tarixində Chrysler AMC-nin Renault aksiyalarını, həmçinin yerdə qalan bütün aksiyalarını 1.5 milyard ABŞ dolları müqabilində satın almışdır.
* – Metropolitan modeli Nash tərəfindən 1954-cü ildə təqdim olunub.
** – Gremlin şirkətin ilk müasir subkompakt modelidir.
AMC-nin bəzi modelləri hobbiçilər tərəfindən kolleksiya ediləbilən hesab olunur, bu siyahıya Javelin, AMX, həmçinin 1957 Rambler Rebel, 1965–67 Marlin, 1969 Hurst SC/Rambler, 1970 Rebel Machine və 1971 Hornet SC/360 aid edilir. Bu modellərin istehsalı az məşhurluq tapdığına görə məhdud sayda buraxılmışdır.
2008-ci ilin aprel ayında Hot Rod Magazine jurnalı məqalə buraxaraq American Motors şirkətinin bərpa olunacağı barədə xəbər yaymışdır. Konsept maşınların təsvirləri, geniş məlumatlarla doldurulmuş məqalə məhşurlaşmış, daha sonra isə xəbərin 1 aprel zarafatı olduğu aşkar olunmuşdur