Original adı Amerika Basketbol Assosiasiyası (ABA) olan bu əsas profesional liqanın 1967-ci ildə təməli qoyulmuşdur. 1976-cı ildə Amerika Basketbol Assosiasoyası - Milli Basketbol Assosiasiyası (NBA) ilə birləşdi. Milli Basketbol Assosiasiyasına bir neçə komanda qoşularaq və ABA-da 3 bal üstünlüklə liderlik edir.
ABA 1960-cı ildən 1970-ci illərin ortalarına qədər çoxsaylı liqalar üçün çətin idi. Çünki Amerika Birləşmiş Ştatlarında peşə idman liqaları mövcud deyildi və komandalar öz müvəffəqiyyət dərəcələrini nümayiş etdirə bilmirdi. Bu səbəbdən ABŞ-də bir çox milyaderlər və ocümlədən də basketbola həvəskar olan sahibkarlar milli liqanı yaratmaq qərarına gəlirlər. Birinci bu sahəyə yəni ABA-ya "Milleapolis Leykers" komandasının oyunçusu məşhur Corc Mayken pul yatırır. ABA klubu çoxlu tanınmış oyunçulardan ibarət NBA komandasının klubuna qalib gəldi.
ABA NBA-nın qaydalarından fərqli qaydalara riayət edirdilər. Onlar 1967-68-ci illərdə 3-cü zonaya keçirlər. Bu zonaya NBA onlardan yalnız 20 il sonra keçə bilir. Həmçinin bu dövrdə ABA rəngli (qırmızı, ağ və göy) topdan, NBA isə birrəngli (narıncı) topdan istifadə edirdi. ABA-nı NBA-dan fərqləndirən digər əlamət isə ABA-nın regional olmasıdır. Belə ki, "Virciniya Skvaz" və "Karalina Quqarz" komandaları oyunlarını müxtəlif regionlarda keçiriblər. 1970-ci ildən başlayaraq ABA və NBA-nın birləşməsi təklifi irəli sürüldü. 1976-cı ildə artıq qərar qəbul edildi və bu iki liqa birləşdi. Ancaq bu prosesə qədər ABA-nın bir çox komandası maliyyə problemi ilə üzləşdiyi üçün bağlandı.
ABA-ya daxil olan 11 komanda içərisində yalnız "İndian Peysers" və "Kentukki Kolonels" 9 sezon ərzində öz adlarını dəyişmədilər. Həmçinin "Denver larks, Roteks, Naqqets" öz klublarını heç vaxt dəyişməyiblər. 4 klub içərisindən NBA-ya 8 komanda (Dallas, mayami, Memfis, Minnesota, Nyu-Orlean, Hyuston, Şarlott və Yuta) daxil oldu[1].
Hal-hazırda oyunlar 22000 tamaşaçını qəbul edə bilən, 2010-cu ildə tikilən "KFS Yam-çentr"də keçirilir. Bundan öncə isə 16600 tamaşaçı tutan "Fridom Holl"da keçirilirdi[2].
İllər | Çempion | Seriya | Finalçılar | MVP playoff |
---|---|---|---|---|
1967/1968 | Pittsburq Paypers | 4-3 | Nyu Orlean Bakanirs | Konni Hokins, Pittsburq Paypers |
1968/1969 | Oklend Oks | 4-1 | İndiana Peysers | Uorren Cabali, Oklend |
1969/1970 | İndiana Peysers | 4-2 | Los-Anceles Starz | Rocer Braun, İndiana |
1970/1971 | Yuta Starz | 4-3 | Kentukki Kolonels | Zemlo Biti, Yuta |
1971/1972 | İndiana Peysers | 4-2 | Nyu-York Nets | Freddi Lyus, İndiana |
1972/1973 | İndiana Peysers | 4-3 | Kentukki Kolonels | Corc Makqinnis, İndiana |
1973/1974 | Nyu-York Nets | 4-1 | Yuta Starz | Culius İrvinq, Nyu-York |
1974/1975 | Kentukki Kolonels | 4-1 | İndiana Peysers | Artis Qilmor, Kentukki |
1975/1976 | Nyu-York Nets | 4-2 | Denver Naqqets | Culius İrvinq, Nyu-York |
Marvin Barns, Zelmo Biti, Rocer Braun, Uorren Cabali, Culius İrvinq, Artis Hilmor, Konni Hokins, Spenser Heyvud, Corc Makqinnis, Den İlss, Çarli Skott, Rik Berri, Freddi Lyus, Mek Kelvin, Daq Mo, Conni Neyman və başqaları.
İllər | Oyunçu | Komanda | Oyun | Oyunda atışlar | 3-lü atış | Cərimə atışlar | Xallar | Oyunların orta hesabı |
---|---|---|---|---|---|---|---|---|
1967/1968 | Konni Hokins | Pittsburq Paypers | 70 | 635 | 2 | 603 | 1875 | 26,8 |
1968/1969 | Rik Berri | Oklend Oks | 35 | 392 | 3 | 403 | 1190 | 34,0 |
1969/1970 | Spenser Heyvud | Denver Pokets | 84 | 986 | 0 | 547 | 2519 | 30,0 |
1970/1971 | Den İlss | Kentukki Kolonels | 83 | 938 | 0 | 604 | 2480 | 29,9 |
1971/1972 | Çarli Skott | Virciniya Skvaz | 73 | 985 | 29 | 525 | 2524 | 34,6 |
1972/1973 | Culius İrvinq | Virciniya Skvaz | 71 | 894 | 5 | 475 | 2268 | 31,9 |
1973/1974 | Culius İrvinq (2) | Nyu-York Nets | 84 | 914 | 17 | 454 | 2299 | 27,4 |
1974/1975 | Corc Makqinnis | İndiana Peysers | 79 | 873 | 62 | 545 | 2353 | 29,8 |
1975/1976 | Culius İrvinq (3) | Nyu-York Nets | 84 | 949 | 34 | 530 | 2462 | 29,3 |
İllər | Oyunçular | Komanda | Oyunlar | Hücumçu | Müdafiə hücumu | Hücumlar | Orta hesabla |
---|---|---|---|---|---|---|---|
1967/1968 | Mel Deniels | Minnesota Maskis | 78 | 502 | 711 | 1213 | 15,6 |
1968/1969 | Mel Deniels (2) | İndiana Peysers | 76 | 383 | 873 | 1256 | 16,5 |
1969/1970 | Spenser Heyvud | Denver Pokets | 84 | 533 | 1104 | 1637 | 19,5 |
1970/1971 | Mel Deniels (3) | İndiana Peysers | 82 | 394 | 1081 | 1475 | 18,0 |
1971/1972 | Artis Hilmor | Kentukki Kolonels | 84 | 421 | 1070 | 1491 | 17,8 |
1972/1973 | Artis Hilmor (2) | Kentukki Kolonels | 84 | 449 | 1027 | 1476 | 17,6 |
1973/1974 | Artis Hilmor (3) | Kentukki Kolonels | 84 | 478 | 1060 | 1538 | 18,3 |
1974/1975 | Sven Neyter | San-Antonya Spyors | 78 | 369 | 910 | 1279 | 16,4 |
1975/1976 | Artis Hilmor (4) | Kentukki Kolonels | 84 | 402 | 901 | 1303 | 15,5 |
İllər | Oyunçular | Komanda | Oyunlar | Ötürmə | Orta hesabla |
---|---|---|---|---|---|
1967/1968 | Larri Braun | Nyu Orlean Bakanirs | 78 | 506 | 6,5 |
1968/1969 | Larri Braun (2) | Oklend Oks | 77 | 544 | 7,1 |
1969/1970 | Larri Braun (3) | Vaşinqton Keps | 82 | 580 | 7,1 |
1970/1971 | Bill Melçionni | Nyu-York Nets | 81 | 672 | 8,3 |
1971/1972 | Bill Melçionni (2) | Nyu-York Nets | 80 | 669 | 8,4 |
1972/1973 | Bill Melçionni (3) | Nyu-York Nets | 61 | 453 | 7,4 |
1973/1974 | El Smit | Denver Pokets | 76 | 619 | 8,1 |
1974/1975 | Mek Kelvin | Denver Naqqets | 74 | 570 | 7,7 |
1975/1976 | Don Buzi | İndiana Peysers | 84 | 689 | 8,2 |
İllər | Oyunçular | Komanda | Oyunlar | Tutma | Orta hesabla |
---|---|---|---|---|---|
1973/1974 | Ted Makkleyn | Denver Pokets | 84 | 250 | 2,98 |
1974/1975 | Breyn Teylor | Nyu-York Nets | 79 | 221 | 2,80 |
1975/1976 | Don Buzi | İndiana Peysers | 84 | 346 | 4,12 |
İllər | Oyunçular | Komanda | Oyunlar | Blok-Şot | Orta hesabla |
---|---|---|---|---|---|
1973/1974 | Kolduel Cons | San-Dieqo Konkistadors | 79 | 316 | 4,00 |
1974/1975 | Kolduel Cons (2) | San-Dieqo Konkistadors | 76 | 246 | 3,24 |
1975/1976 | Billi Polç | San-Antonya Spyors | 83 | 253 | 3,05 |