Amerika lamantini

Amerika lamantini (lat. Trichechus manatus) — nəhəng su məməlisi, olaraq Lamantinlər fəsiləsinə daxil olan növ. Bu canlılar əsasən Şimali, CənubiMərkəzi Amerika sahilləri boyunca Atlantik okean sularında yaşayırlar.

Amerika lamantini
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Amerika lamantini
Beynəlxalq elmi adı

Yetkin fərdin uzunluğu ortalama olaraq 3 metr təşkil edir. Bəzən isə uzunluqları 4,5 metrə çata bilir (quyruğu ilə birlikdə). Bu canlıların çəkisi 200–600 kq arasında dəyişir. Nadir hallarda çəkiləri 1 tona çata bilir. Dişilər erkəklərə nisbətdə uzun və ağır olur. Yeni doğulan körpənin uzunluğu 1,2–1,4 m və 30 kq çəkiyə malik olurlar. Yetkin fərdlərin rəngi mavi-boz çalarda olur. Balalar isə ilk aylarda tünd rəng çalarlarında olur.

Amerika lamantinlərinin ön ətrafları Dəniz pişiklərində olduğu kimidir. Arxa ətraf isə bu canlının su həyatı sürməsinin bariz nümusəsidir[3]

Əsasən Atlantik okeanın Şimali, Cənubi və Mərkəzi Amerika sahillərində yayılmışlar. Arealın mişal sərhəddi Amerikanın Florida ştatı sahillərini təşkil edir. Onlara həmcinin VirciniyaLuiziana ştatları sahillərində belə müşahidə etmək olur. Karib dənizi sularında və Braziliyanın Mansanaras buxtası sahillərində müşahidə edilir. Okean dayazlıqlarında və sahilə yaxın kanal və çaylarda yaşaya bilirlər. Qida arxasınca köç edə bilirlər[3][4]

Amerika lamantini istər duzlu istərsə şirin sulu sahələrdə yaşaya bilirlər. Kanallar və çaylarla axın istiqaməyinə üzə bilirlər. Ləngliyi ilə fərqlənirlər. Onlar istər təmiz istərsə çirklənmiş sularda belə yaşayırlar. İri ölçüləri səbəbindən üzdükləri ərazilərdə suyun dərinliyi minimum 1–2 metr təşkil etmədi vacibdir. 3–5 metr dərinliklərdə sərbəst üzə bilirlər. 6 metdən dərin ərazilərə eniş təşkil etmirlər. Okeandan hətta 200 km aralıda Sent-Con çayında müşahidə edirlər.

Amerika lamantinləri əsasən düşmənləri olmayan ərazilərdə yaşadığından demək olar ki, müdafiə mexanizmləri yoxdur. Əsasən dəstə halında yaşamasa da sürülərə belə rast gəlinir.

Quyruqları əsasən sərbəst üzməsinə xidmət edir. Onlar həm gecə həm də gündüz aktiv olurlar. Yalnız bir necə saat dincəlirlər. Əla eşitmə qabiliyyətinə malik olurlar. Görmə qabiliyyətləri pis deyildir[3][4]

Tənha həyat sürsələrdə çütləşmə zamanı bir yerə toplaşırlar. Bu qruplarda 20 başdan ibarət dişi və erkək Amerika lamantini toplaşır. Erkəklər dişilər uğrunda mübarizə aparırlar. Bu zaman dişilər erkəklərdən qaçırlar. Erkəklərdə yetkinlik yaşına 9–10 ilində, dişilər isə 4–5 ilində çatırlar. Buna baxmayaraq dişilər 7–9 yaşında bala verirlər. Boğazlıq dövrü 12–14 ay davam edir. Əsasən bir bala versələrdə, iki balasının olması barədə məlumatlar vardır. Boğazlıq dövrləri arasında vaxt 3–5 il davam edir. Bala ölərsə bu vaxt qısala bilir. İlk 18 ay müddətində bala ana südü ilə qidalanır. 3 həftəliyindən etibarən artıq yosunla qidalsna bilirlər. Ana və bala arasında olan əlaqə bu canlıların ən sabit birliyidir. Bu birlik balanın yetkinləşməsinə qədər davam edir[3][4]

Bu növ lamantinlərin sifətləri aşağı sallanmış formadadır. Ola bilsin ki, bu onların qidalanması ilə əlaqədardır. Bu canlıların özünə məxsus xüsusiyyəti ondadır ki, onların yuxarı dodağı haçalıdır (dovşan dodaqlıq). Onlar həmcinin bitki köklərini belə dopara bilirlər. Bəzi lamantinlər həmcinin OnurğasızlarBalıqlarla qidalanırlar.[3][4]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. 1 2 3 4 5 Rathbun, G. 1990. Manatees. Pp. 525–528 in B. Grzimek, ed. Grzimek’s Encyclopedia of Mammals, Vol. 4. NJ: McGraw-Hill Publishing Company.
  4. 1 2 3 4 Nowak, R. 1999. Walker’s Mammals of the World. 6th edition. Baltimore: Johns Hopkins University Press.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]