Amil (məmur)

AmilƏrəb xilafəti dövründə vergi məmuru.

Əmirin rəhbərliyi altında xüsusi tapşırıqları icra edən və mülki hakim hesab edilən amil adlanan məmur çalışırdı.

Əsas funksiyası əhalidən vergi və töycülərin yığılması və onların xilafətin xəzinəsinə göndərilməsi olan amil çox zaman "vergi toplayan" adlandırılırdı. Öz funksiyalarını müstəqil olaraq həyata keçirmələrinə baxmayaraq, amillər adətən əmirin tabeliyində olan şəxslər hesab edilirdilər. Əmirlərin və amillərin öz müavinləri və köməkçiləri vardı ki, onların da vasitəsilə idarəçiliyi həyata keçirirdilər.