Amil spirti C5H11OH və onun izomerləri doymuş biratomlu spirtlərdir [1]. Amil spirtinin 8 izomeri məlumdur. Amil spirtləri müxtəlif yağlar, qatranlar və mumlar üçün həlledici kimi istifadə olunur. Uran və niobiyumun duzları üçün ekstrakt kimi də istifadə olunur.
Tarixi adları | Quruluşu | Təsnifatı | Beynəlxalq nomenklatura ilə adlandırılması | Qaynama temperaturu(°C)[1] |
---|---|---|---|---|
Pentanol-1 və ya normal amil spirti | birli | Pentanol-1 | 138,5 | |
2-metil-1-butanol | birli | 2-metil butanol-1 | 128,7 | |
3-metil-1-butanol və ya izoamil spirti və ya izopentil spirti | birli | İzoamil spirti | 131,2 | |
2,2-dimetil-1-propanol və ya neopentil spirti | birli | 2,2-Dimetipropanol | 113,1 | |
2-pentanol və ya sek-amil spirti və ya metil n-propil karbinol | İkili | Pentanol-2 | 118,8 | |
3-Metil-2-butanol sek-izoamil spirti və ya metil izipropil karbinol | İkili | 3-metilbutanol-2 | 113,6 | |
3-Pentanol | İkili | Pentanol-3 | 115,3 | |
2-metil-2-butanol | Üçlü | 2-Metilbutanol-2 | 102 |
Amil spirtləri xoşagəlməz iyə malik rəngsiz mayedir. 1-pentanol, 3-metil-1-butanol, 2-pentanol və 2-metil-2-butanol suda asanlıqla həll olur. Amil spirtinin digər izomerləri suda pis həll olur.
Amil spirtləri spirtlərə aid olan bütün xüsusiyyətlərə malikdir:
Sivuş yağlarından və neftin krekinq qazlarından distillə edilməklə alınır.
Amil spirtinin izomerlərindən ən əhəmiyyətlisi izoamil spirtidir — (CH3)2CHCH2CH2OH . İzoamil spirti sivuş yağının əsas komponentidir və ondan alınır. İzoamil spirti rəngsiz, qaynama temperaturu 132,1 °C, sıxlığı 814 kq/m³, suda az həll olunan, zəhərli; xoşagəlməz qoxulu bir mayedir. Onun buxarları tənəffüs yollarının selikli qişalarını qıcıqlandırır, boğulma və öskürəyə səbəb olur.
Amil spirtləri müxtəlif yağlar, qatranlar və mumlar üçün həlledici kimi istifadə olunur. Uran və niobiyumun duzları üçün ekstrakt kimi də istifadə olunur. Amil spirtinin mürəkkəb efirləri həlledicidir, poliovinilxlorid və asetilselliloza üçün plastifikator, ətriyyatda aromatik maddələr kimi istifadə olunur. ƏMƏYİN MÜHAFİZƏSİ Amil spirti zəhərlidir [3], partlayıcı və yanğın təhlükəlidir [4]. İş sahəsinin [5] havasındakı BBQ 10 mq / m³ (amil spirti, maksimum tək) və 5 mq / m³ (izoamil spirti, maksimum tək) təşkil edir. Qoxu qəbul etmə həddinin dəyəri 300 mq / m³ -dən çox ola bilər [6]. Üstəlik, bəzi insanlar üçün orta dəyərdən əhəmiyyətli dərəcədə yüksək ola bilər. Bu səbəbdən amil spirti ilə işlədikdə filtirasiya sistemlərinə diqqət yetirilməsi tövsiyə olunur. Amil spirtlərindən qorunmaq üçün daha təsirli texnologiya dəyişiklikləri və kollektiv vasitələrdən istifadə edilməlidir.