Amin Quliyev

Amin Asəf oğlu Quliyev (28 Mart 2005, Bakı şəhəri) — Azərbaycanlı peşəkar kikboksçu. WAKO versiyası üzrə 2 qat Dünya, 3 qat Avropa,[1] 4 qat Dünya kubokunun qalibi.[2] 4 qat dünya çempionu, 5 qat avropa çempionu, 7 Qat Azərbaycan çempionu.[3] Azərbaycan Respublikasının İdman Ustası.

Amin Quliyev
Amin Asəf oğlu Quliyev
Şəxsi məlumatlar
Tam adı Amin Asəf oğlu Quliyev
Ləqəbi Ağ Canavar - White Wolf
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyəti azərbaycanlı
Doğum tarixi (18 yaş)
Doğum yeri Bakı, Azərbaycan
İdman növü Kikboksinq
Karyera illəri 2014—h.h
Məşqçisi Eduard Məmmədov
Boyu 180 sm

Həyatı[redaktə | mənbəni redaktə et]

Amin Quliyev 28 Mart 2005-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Karyerası[redaktə | mənbəni redaktə et]

15 Oktyabr 2014-cü ildən peşəkar kikboksinq ilə məşğuldur.

2016-cı ildə Ruminyanın Buxares Şəhərində WTKA versiyası üzrə 32 kq çəki dərəcəsində 2 qat avropa çempionu olmuşdur.

2016-cı ildə İtalyanın Karrara şəhərində WTKA versiyası üzrə 32 kq çəki dərəcəsində dünya çempionu olmuşdur.

2017-ci ildə Portuqalyanın Lisabon şəhərində WTKA versiyası üzrə 37 kq çəki dərəcəsimdə dünya çempionu olmuşdur.

2018-ci ildə İtalyanın Jesolo şəhərində keçirilən WAKO versiyası üzrə kadetlər arasında 42 kq çəki dərəcəsində dünya çempionu olmuşdur.

2019-cu ildə Macarıstanın Gyor şəhərində WAKO versiyası üzrə Kadetlər arasında 42 kq çəki dərəcəsində Avropa çempionu olmuşdur.[4]

2019-cu il Macaristanın Budapeşt şəhərində keçirilən WAKO versiyası üzrə kadetlər arasında 42 kq çəki dərəcəsində dünya kubokunun sahibi olmuşdur.

2019-cu ildə Rusiyanın Anapa şəhərində WAKO versiyası üzrə kadetlər arasında 47 kq çəki dərəcəsində Dünya kubokunun sahibi olmuşdur.[5]

2021-ci ildə Montenegronun Budva şəhərində WAKO versiyası üzrə yeniyetmələr arasında 57 kq çəki dərəcəsindë Avropa çempionu olmuşdur.[6]

2021-ci ildə Azərbaycan Respublikasının "İdman Ustası" Adına laiq görülmüşdür.

2022-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən WAKO versiyası üzrə gənclər arasındə 57 kq çəki dərəcəsində Dünya kubokunun sahibi olmuşdur.[7]

2022-ci ildə İtalyanın Jesolo şəhərində keçirilən WAKO versiyası üzrə Gənclər arasında 60 kq çəki dərəcəsində Dünya çempionu olmuşdur.

2022-ci il Türkiyənin Antalya şəhərində keçirilən Kişilər arasında WAKO versiyası üzrə 60 kq çəki dərəcəsində Avropa çempionu olmuşdur.

2023-cü ildə Türkiyənin İstanbul şəhərində keçirilən WAKO versiyası üzrə gənclər arasındə 63,5 kq çəki dərəcəsində Dünya kubokunun sahibi olmuşdur.

Nəaliyyətləri[redaktə | mənbəni redaktə et]

  • 4 qat Dünya çempionu (WAKO, WTKA)
  • 5 qat Avropa Çempionu (WAKO, WTKA)
  • 4 qat Dünya Kubokunun sahibi (WAKO)[8]
  • 7 qat Azərbaycan Çempionu
  • 5 Peşakar döyüş, 5 qələbə.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Tarix yazan idmançımız Amin Quliyev Wako üzrə Avropa çempionu oldu". 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
  2. "Erməniyə qalib gəlmiş 14 yaşlı idmançımız Dünya Kubokunun qalibi oldu". 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
  3. "Kikboksinq üzrə Azərbaycan çempionatı keçirilib". 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
  4. "Azərbaycanlı "Ağ Canavar" ermənini tatamiyə çıxmağına peşman etdi - VİDEO". 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
  5. "Azərbaycanlı "Ağ Canavar" ermənini tatamiyə çıxmağına peşman etdi". 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.
  6. Kikboksinq üzrə Azərbaycanın gənclər və yeniyetmələrdən ibarət milli komandası Avropa birinciliyində uğurla çıxış edib
  7. Amin Quliyev və Elvin Məmmədov finala vəsiqə qazanıblar[ölü keçid]
  8. "ildən sonra o mənim taleyimi yaşadı - Eduard Məmmədov". 2023-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-30.