Aminonitrillər

Aminonitrillər (aminokarbon turşularının nitrilləri) ümumi formulu H2NRCN olan üzvi birləşmələrdir.

  • Maye və bərk halda olan maddələrdir;
  • suda pis, üzvi həlledicilərdə isə yaxşı həll olurlar;
  • yandırıcıdırlar, toksikidirlər.

Onlar üçün aminlərə və nitrillərə məxsus xassələr xarakterikdir. Məsələn, aminturşularadək H2NRCOOH hidroliz etmək, diaminlərə H2NRCH2NH2 reduksiya olunmaq, amin qruplarının alkilləşməsi.

Aminonitrillərin əsas alınma üsulları:

  1. ammonyakın və ya aminlərin hidroksinitrillərə
  2. doymamış nitrillərə təsiri,
  3. dinitrillərin reduksiyası
  4. onların Torp-Siqlerə görə tsiklləşməsi

Aminonitrillər — aminturşuların, vitaminlərin, dərman maddələrinin, yuyucu vasitələrin, monomerlərin laboratoriyada və sənayedə sintezi üçün ilkin maddələr və aralıq məhsullarıdır. Məsələn, ε-kaprolaktamın sintezində ε-aminokapronitrilin hidrolizindən istifadə olunur.

  • Зильберман Е. Н., Реакции Нитрилов, М., 1972.
  • Taylor E. C., Mekillop A., The chemistry of cyclic enaminonitriles, N. Y., 1970.