Aminosalisil turşuları (A.t.) amino-o-hidroksibenzoy turşuları
Suda pis həll olurlar, 4 — A.t. etanolda həll olur. Sonuncu duru turşuların iştirakında asan dekarboksilləşir, qələvi məhlulu iştirakında qızdırılmaya davamlıdır.
Sənayedə salisil turşusunun Hg(NO3)2 iştirakında 700C-də nitrolaşması və alınmış nitrosalisil turşusunun NaHS-lə 1300C-də 0,3MPa təzyiqdə reduksiyasından 5 — A.t. ilə 3 — A.t.-nin 4:1 nisbətində qarışığı alınar. Qarışığı ayırmaq çətin olduğuna görə, təmiz 5 — A.t.-ni almaq üçün azobenzolsalisil turşunun katalitik reduksiyası (çıxım 80%) və ya qələvi mühitdə NaHSO3-lə reduksiyası (çıxım 92%) təklif olunmuşdur. 4 — Alınmış Na-duzu təkrar çökdürmə ilə təmizlənir və dihidrat şəklində kristallaşdırmaqla ayrılır (ər. tem-ru 1220C, suda asan, etanolda isə çətin həll olur). Tətbiqi: 5 — A.t.-trifenilmetan, kükürdlü və azoboyaların istehsalında aralıq məhsuludur. 4 — A.t. (para-aminosalisil turşusu və ya PAST) və onun Na-duzu-vərəmə qarşı dərmandır. 4 — A.t.-nin Na-duzunun tozu alışandır; alovlanma temperature 6470C.