Amiran Qamğrelidze (gürc. ამირან გამყრელიძე; 24 yanvar 1951, Tbilisi) – gürcü həkim, 29 dekabr 2001-ci ildən 2003-cü ilin noyabr ayının 27-dək Gürcüstanın səhiyyə naziri. Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin baş direktoru. Tibb elmləri doktoru, Gürcüstan Universitetinin tam professoru.[1] Avropa Allergiya və Tədqiqat İmmunologiya Akademiyasının üzvü, Ümumdünya Səhiyyə Təşkilatının Gürcüstandakı proqram koordinatoru.[2]
Amiran Qamğrelidze | |
---|---|
gürc. ამირან გრიგოლის ძე გამყრელიძე | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 yanvar 1951 (72 yaş) |
Doğum yeri | |
Uşağı | 2 |
Dini | Gürcü Ortodoks Kilsəsi |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
Amiran Qamğrelidze 1951-ci ilin 24 yanvar tarixində Tbilisidə anadan olub. Tbilisi 4 nömrəli ictimai məktəbini bitirib.[3] 1974-cü ildə Tbilisi Dövlət Tibb İnstitutunu bitirib. 1978-ci ildə həmin institutun Allerqologiya şöbəsinin baş laborantı təyin edilib; 1991-1996-cı illərdə Tibb Universitetinin Tədqiqat və Eksperimental Tibb İnstitutunun Allerqik xəstəliklər epidemiologiyası və tədqiqat immunogenetikası şöbəsinin müdiri[4], 1988-1996-cı illərdə Tbilisi Dövlət Tibb Universitetinin Kliniki və Eksperimental Tibb İnstitutunun Allerqik xəstəliklər epidemiologiyası və tədqiqat immunogenetikası departamentinin başçısı olmuşdur.[5] 1995-1997-ci illərdə Səhiyyə İdarəetmə Milli Mərkəzinin direktoru vəzifəsində çalışmışdır.
1997-2001-ci illərdə Gürcüstan səhiyyə nazirinin birinci müavini olub; 2001-2004-ci illərdə isə səhiyyə naziri vəzifəsində çalışıb.
Qamğrelidze 2013-cü ilin 7 fevral tarixindən etibarən Xəstəliklərə Nəzarət və Xalq Sağlamlığı Milli Mərkəzinin baş direktoru vəzifəsində çalışır.[6] 2002-ci ildə Diabetli Uşaqlar Assosiasiyası Amiran Qamğrelidzeni Gürcüstanda Diabetli Uşaqlara Görkəmli Baxım və Yardım Dərnəyinin Qızıl Medalı ilə təltif etdi.[7]
gürcücə