Amper-tərəzi — elektrik ölçü cihazlarını yoxlamaq məqsədilə elektrik cərəyan şiddətinin vahidi olan amperi təyin etmək üçün istifadə olunan elektromexaniki cihazdır. Bu cihaz həmçinin cərəyan tərəzisi də adlanır.
Məlumdur ki: "Amper elə sabit cərəyan şiddətinin vahididir ki, vakuumda sonsuz uzunluğa malik iki paralel naqil bir-birindən 1 metr məsafədə yerləşən zaman bu naqillərin hər 1 metri arasındakı qarşılıqlı təsir qüvvəsi 2·10-7 Nyuton-a bərabər olsun[1]. Tərifdə sonsuz uzun naqillər anlayışı mövcuddur ki, bu da təcrübədə tətbiq oluna bilməz. Buna görə də, real problemləri həll etmək üçün sonlu ölçülərə malik naqilləri olan xüsusi elektromexaniki cihaz — amper-tərəzi hazırlanmışdır. Onun köməyi ilə elektrodinamika qanunları əsasında tələb olunan cərəyan şiddətini hesablamağa imkan verən məlumatlar əldə edilir.
İlk amper-tərəzi 1882-ci ildə İngilis fiziki Uilyam Tomson (Lord Kelvin) tərəfindən hazırlanmışdır. Konstruksiyasının fərqləndirici xüsusiyyəti kompakt və dəqiq olmasıdır. Çünki, cərəyanın gücü iki koaksial bir qatlı solenoidlərin qarşılıqlı təsir qüvvəsi ilə təyin olunur[2].
Dizaynına görə, amper-tərəzi analoq tərəzilərə bənzəyir. Sadəcə olaraq, burada tərəzinin gözlərindən biri qarşılıqlı təsirə malik naqillərlə əvəz olunur. Tərəzi qeyri-maqnit materiallardan hazırlanır. Ölçülən cərəyan şiddəti, bir- birilə ardıcıl birləşmiş koaksial bir qatlı solenoidlər şəklində hazırlanmış iki naqilin qarşılıqlı təsir qüvvəsi ilə müəyyən edilir. Solenoidlərin qarşılıqlı təsir qüvvəsi, çəki daşlarının çəkisi ilə tarazlaşdırılır: (şəklə bax), burada çəki daşının kütləsi, — sərbəst düşmə təcilidir.
Solenoidlərin qarşılıqlı təsir qüvvəsi (solenoidlər ardıcıl birləşdiyinə görə ) ifadəsi ilə hesablanır. Burada — cərəyan şiddəti və — naqillərin həndəsi ölçüləri ilə müəyyən olunan normalaşdırma əmsalıdır.
Tarazlıq halında, aşağıdakı bərabərlik alınır: , Bu ifadəni belə yaza bilərik: , yekun ifadə belə olacaq:
Bu formula görə hesablanan cərəyan şiddəti elektrik ölçü cihazlarının yoxlanılması üçün etalon qiymətdir .
Amper-tərəzinin istifadəsi zamanı yaranan ölçü xətası əmsalının təyinedilmə dəqiqliyindən, təcilinin qəbul edilmiş qiymətinin dəqiqliyindən və ətraf mühitin faktiki maqnit təsiridən asılıdır[3].
Amper-tərəzinin nisbi xətası təxminən 0,001% -dir[4].