Ampermetr — dövrə hissəsində cərəyan şiddətini ölçən cihaz. İş prinsipi maqnit sahəsinin cərəyanlı çərçivəyə göstərdiyi yönəldici təsirə əsaslanır.[1] Ampermetr dövrəyə ardıcıl birləşdirilir.[2]
İlkin ampermetrlərin iş prinsipi Yerin maqnit sahəsindən asılı idi.[3]
Maqnit-elektrik ölçmə mexanizmini ampermetr kimi birbaşa dövrəyə qoşduqda nisbətən kiçik cərəyanları ölçmək olur. Çərçivə dolağının nazik naqilini və spiral yayları 20-30 mA-dən artıq cərəyanla yükləmək olmaz ona görə də maqnit-elektrik ölçmə mexanizmindən mikro və milliampermetr kimi istifadə olunur.[4]
Elektromaqnit ampermetrlərdə sarğacın sarğılar sayı cərəyanın nominal qiymətində hərəkət edən hissəsinin tam yerdəyişməsini təmin etmək üçün seçilir. Elektromaqnit ampermetrlər stasionar və qeyri-stasionar hazırlanır. Birincicilər müəyyən birhədli, ikincilər isə çoxhədli olub, ölçmə mexanizminin sarğacı bir neçə seksiyalı hazırlanır. Elektromaqnit ampermetrlərin ölçmə həddi cərəyan transformatorlarının köməyi ilə genişləndirilir.[5]
Tərpənməz və hərəkət edən sarğaclar paralel birləşdiriləndə 0.5 Amperə qədər cərəyanları ölçmək mümkündür. 0.5 A-dan böyük cərəyanları ölçmək üçün tərpənməz və hərəkət edən sarğaclar paralel birləşdirilir.[6]
Ampermetrə paralel şunt qoşmaqla müqaviməti də ölçmək olar.[7]