Amritsar qırğını — İngiltərə müstəmləkəçilərinin terror siyasətinə qarşı 1919-cu il aprelin 13-də Amritsar şəhərindəki (Hindistan) mitinqin gülləbaran edilməsi.
Amritsar qırğını | |
---|---|
Ümumi məlumatlar | |
31°37′14″ şm. e. 74°52′50″ ş. u. | |
Tarix | 13 aprel 1919 |
Ölü sayı |
|
Vikianbarda əlaqəli mediafayllar |
İngiltərə hakimiyyət orqanları 1918-ci ildən başlayıb getdikcə genişlənən (xüsusilə Pəncab əyalətində) milli azadlıq hərəkatının qarşısını almaq məqsədilə görkəmli ictimai xadimlərdən doktor Kitçlu ilə doktor Satyapalanı məhkəmənin qərarı olmadan Amritsardan sürgün etmişdilər. Bununla əlaqədar aprelin 13-də dini bayram günü Calianval-Baqh meydanında Amritsar, habelə yaxın şəhər və kənd sakinlərinin etiraz mitinqi keçirildi. General Dayerin komandanlığı ilə şəhərə çağırılan əsgərlər mitinqə toplaşan silahsız xalqı gülləbaran etdilər. Nəticədə mindən çox adam öldürüldü və yaralandı. Amritsar qırğını Pəncabda və bütün Hindistanda antiimperialist hərəkatın güclənməsinə səbəb oldu.