Amsterdam Kral Sarayı

Amsterdam Kral SarayıHollandiyadakı 3 saraydan biridir. Saray Dam meydanında, Milli abidə ilə üzbəüz, Yeni Kilsənin yanında yerləşir.

Amsterdam Kral Sarayı
Koninklijk Paleis Amsterdam
Xəritə
Ümumi məlumatlar
Memarlıq üslubu neoklassik memarlığı
Ölkə
Koordinatlar 52°22′23″ şm. e. 4°53′29″ ş. u.HGYO
Sahibi Niderland krallığı
Texniki detallar
Material mərmər
Dizayn və konstruksiya
Memar Yakob van Kampen
Veb-sayt
paleisamsterdam.nl/en/
paleisamsterdam.nl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bina 20 iyun 1655-ci ildə Amsterdam hökmdarları tərəfindən bələdiyyə binası kimi istifadəyə verilmişdir.[2] Ancaq bu gün kral sarayı kimi tanınır.[3] Yakob van Kampen tərəfindən hazırlanmışdır. 1648-ci ildə Yakob van Kampen Amsterdam Şəhər İcra Hakimiyyəti layihəsinə rəhbərlik etdi. Binanın dəyəri 8,5 milyon Hollandiya guldeni təşkil edib. Bütün binada istifadə olunan sarımtıl daşlar Almaniyadan gətirilib. Lakin zaman keçdikcə daşlar daha tünd rəng aldı. Memar Romadakı ictimai binalardan ilhamlanmış və Şimalda Roma üslubunda yeni bir icra binası yaratmaq istəyirdi. Bina dəfələrlə dünyanın 8-ci möcüzəsi adlandırılıb.[4] O dövrdə Avropanın ən böyük inzibati binası idi.[5] Daha sonra kral sarayına çevrilən bina Kraliça tərəfindən dövlət səfərləri, Yeni il qəbulları və rəsmi əməliyyatlar üçün istifadə olunur.[6][7]

  1. 1 2 ArchINFORM (alm.). 1994.
  2. Martin Dunford. The Rough Guide to The Netherlands. Penguin. 2010. 63–64. ISBN 978-1-84836-882-8.
  3. Berlitz. Berlitz Pocket Guide Amsterdam (Travel Guide eBook). March 2017. ISBN 978-1-78573-023-8.
  4. "Atlas". 3 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 September 2017.
  5. Frijhoff, Willem; Spies, Marijke. Dutch Culture in a European Perspective: 1650, hard-won unity. 2004. ISBN 978-90-232-3963-5.
  6. Geert Mak, Eymert-Jan Goossens. 350 jaar geschiedenis op de Dam. Amsterdam, 2005. P. 109.
  7. Renovatie Paleis op de Dam in opbouwfase. Ministry of Housing, Spatial Planning and the Environment. Retrieved on 18 February 2011.