Amundsen — Skott (aeroport)

Amundsen — Skott[1][2] — hava limanı Amundsen - Skot qütb stansiyasında yerləşir.

Amundsen — Skott
Xəritə

89°59′51″ c. e. 139°16′22″ q. u.HGYO


IATA: yoxdurICAO: NZSP

Hava limanı buz üzərində üçüş-eniş zolağına sahibdir. Zolağın uzunluğu 3658 m təşkil edir. Hava limanı oktyabrdan fevrala qədər fəaliyyət göstərir. Hava limanı əsasən stansiyaya avadanlıqların daşınmasını həyata keçirilir. LC-130 Hercules təyyarələri xüsusi xizəklərlə təmin olunurlar. Bununla da eniş və uçuşun təminatına imkan verir. Hava limanı bəzən gün ərzində bir necə uçuş həyata keçirilir. Xüsusi ilə yüklər Mak-Merdo stansiyasından daşınır.

Herkules təyyarələri

[redaktə | mənbəni redaktə et]

Herkules təyyarələri yük götürmə qabiliyyətinin yüksək olması baxmından stansiyada mühüm əhəmiyyət kəsb edir. Onlar qar üzərinə eniş etməyə uyğunlaşdırılmışdır. Amundsen-Skott stansiyasının yenilənməsi zamanı bu təyyarələrlə 1000-dən çox uçuş həyata keçirilmişdir. Ancaq sərt havalar və ya fırtınalar zamanı uçuşlar zamanı yüklərin daşınması mümkünsüzləşir. Bu zaman yüklərin daşınmasını təmin etmək məqsədi ilə Mak-Merdo — Cənub qütbü şossesi inşa edilmişdir.

  1. Información del Aeródromo Jack F. Paulus en Great Circle Mapper. Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine (en inglés) Fuente: DAFIF (válido a octubre de 2006).
  2. "Hava limanları". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]