An-2, Kukruznik — sovet istehsalı olan çoxməqsədli təyyarə. Naqillə möhkəmləndirilmiş qanadlara sahib piston birmühərrikli biplandır. A. D. Şvetsov tərəfindən inkişaf etdirilmiş AŞ-62İR mühərriki ilə təchiz olunmuşdur. An-2 kənd təsərrüfatı, idman, nəqliyyat, təlim, sərnişin təyyarəsi kimi istifadə edilir və bir çox ölkələrin hava qüvvələrinin silahlanmasında yer alır. Bir çox An-2 təyyarəsi 40 ildən çoxdur uçur və onlardan bəzilərinin uçuş müddəti 20 min saata çatır. An-2 universal yüngül təyyarədir.
An-2 | |
---|---|
Hazırlayan | Antonov (şirkət) |
Baş konstruktor | Oleq Antonov, Antonov (şirkət) |
İlk uçuş | 31 avqust 1947[1] |
İstismara verilmə tarixi | 1947 |
İstismarçılar |
|
Buraxılış sayı | təq. 18.000[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Qrunt uçuş zolaqlarına qalxma və enmə, kiçik yüklərin daşınması, kənd təsərrüfatında görülən işlər, Şimal ərazilərin kəşfi və tədqiqatı, Sibir və Uzaq Şərq ərazilərinə sərnişin və yüklərin çatdırılması kimi işlər An-2 sayəsində mümkün olmuşdur. An-2 SSRİ-də, Polşada istehsal edilirdi və Çində hələ də istehsalı davam edir. Ümumilikdə, 18 mindən artıq An-2 istehsal edilib və dünyanın 26 ölkəsinə ixrac edilib. An-3 təyyarəsinin peyda olmasına kimi dünyanın ən böyük birmühərrikli biplan təyyarəsi idi. Dünyada 70 ildən artıq müddətdə istehsal olunan yeganə təyyarə kimi Ginnesin Rekordlar Kitabına daxil edilmişdir. 2018-ci ildə ilk dəfə Çin bu təyyarələri pilotsuz yük təyyarələrinə çevirmişdi. Bu təyyarələrin təyinatını sifarişçinin istəyi ilə dəyişmək çox asandır və nəticədə onları hətta hərbi təyinatlı drona da çevirmək mümkün olub. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan dəfələrlə bu təyyarələrin pilotsuz versiyasını ermənilərin zenit-raket komplekslərinin yerini aşkarlamaq üçün istifadə edib.[4]
6 mart 1946 ildə Çkalov adına Novosibirsk Aviasiya zavodunun nəzdində mülki və nəqliyyat təyyarələri üçün OKB-153 layihə bürosu yaradılmışdır. Onun baş mühəndisi Oleq Konstantinoviç Antonov oldu. OKB-nin ilk vəzifəsi SXA-1 adlı kənd təsərrüfatı təyyarəsi layihələndirmək oldu, onun adı daha sonra isə An-2 olaraq adlandırılıb. 31 avqust 1947-ci ildə pilot-sınaqçı P.N.Volodin ilk dəfə An-2 təyyarəsinin ilk prototipini havaya qaldırdı. Təyyarə 1200 metr yüksəklikdə iki böyük dairə yerinə yetirmiş və uçuşdan 30 dəqiqə sonra yerə enmişdir. 1947-ci ildə istehsal olunmağa başlamışdır.[5][6]. Serial istehsalı ilk olaraq Kiyevdə 473 saylı zavodda təşkil edilmişdir. 1947-ci ilin dekabr ayında Hərbi Hava Qüvvələri İnstitutunda Dövlət Sınaqları başlandı və bu sınaqlar 1948-ci ilin martına qədər davam etdi. 23 avqust 1948-ci ildə An-2 adı altında təyyarə HHQ və mülki aviasiyaya qəbul edilib.
An-2 təyyarəsinin konveyer istehsalı aşağıdakı zavodlarda həyata keçirilib: