Anabasis aphylla

Yarpaqsız öldürgən (lat. Anabasis aphylla) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü.

Yarpaqsız öldürgən
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Rusiya, Orta Asiya və İranda yayılmışdır. Xəzər dənizi sahillərində təsvir edilmişdir.

Botaniki xarakteristikası[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 30-80 sm olan kolcuqdur. Oducaqlaşmış gövdələri və budaqları bozumtul qabıqla örtülüdür. Cavan zoğları şaxələnmiş, buğumlu, şirəli, çılpaq, yaşıl və ya göyümsov-yaşıldır. Yarpaqları pulcuqşəkilli, az gözə çarpandır. Çiçəkləri sümbülvari çiçək qrupunda tək-tək yerləşir. Çiçəkyanlığının uc yarpaqları meyvəvermə zamanı inkişaf edərək, sarımtıl və ya qırmızımtıl rəngli böyrəkvari qanadlara çevrilir, iki yarpaqcığı qanadsızdır. Aprel ayında çiçəkləyir. Meyvəsi basıq, şirəli, biryuvalı və birtoxumludur. Toxumu zülalsız rüşeymlidir. İyul ayında meyvə verir. Vegetativ üsulla, kök bicləri ilə çoxaldılır.

Yarpaqsız öldürgənkserofit yarımkol bitki olub, hündürlüyü 25-75 (120) sm, artan, böyüyən, inkişaf edən, yastılaşmış-şarabənzər kolşəkilli olub, diametri 140 sm-ə bərabərdir. Gövdəsi çoxsaylı, aşağı hissəsi oduncaqlaşmış olmaqla, əsasından budaqlanandır. Yarpaqları demək olar ki, inkişaf etməyən, pulcuqlu, ancaq görünən, geniş üçbucaqşəkilli, bitişik, qovuşuq, düyün şəklində gövdəyə cüt-cüt birləşməklə, qını tüklüdür. Çiçəkləri görkəmsiz, yaraşıqsız, kiçik (2,5mm), düzgün, beşüzvlü, sadə çiçək yatağından ibarət olmaqla, sünbül çiçəkqrupuna toplanmışdır. Meyvəsi dairəvi, yan tərəfi yastılanmış, təktoxumlu, qanadlı, şirəli və lətli meyvəyanlığından ibarətdir. İyul-avqust aylarında çiçəkləyir və oktyabrın sonunda meyvələri yetişir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Yarpaqsız öldürgənin Şərqi-Aralıq dənizi növü olmuşdur ki, Qazaxıstan ərazisində, Orta Asiya ölkələrində, Azərbaycanda və Rusiyanın Avropa hissəsinin cənub-şərq ərazilərində yayılmışdır. Əsas təbii xammal bazası Qazaxıstanın Çimkənd, Cambul və Qızıl-Orda vilayətləri hesab olunur.

Coğrafi elementləri[redaktə | mənbəni redaktə et]

İran-Turan, Kserofil areal tipinə aid olub, Avropa, Atlantik sahilləri, Böyük Britaniya adaları, Şimal dənizinin sahilləri, Fin körfəzi, Baltik dənizinin cənub sahillərini əhatə edir.   

Ekoloji şəraiti[redaktə | mənbəni redaktə et]

Gilli və duzlaşmış torpaqlarda, bozqır və səhralarda yaşayır. 

Toplanılması və qurudulması[redaktə | mənbəni redaktə et]

Xammalın toplanılması yayın ikinci yarısında və payızda əl ilə, xüsusi maşınla, birillik yaşıl gövdənin 20-25 sm hündürlüyü toplanılmalıdır. Toplanılmış gövdələr qurudulmadan əvvəl xırdalanmalı, 2-3 gün sonra bir-birinin üzərinə yığmaq, arabir çevirməklə tam qurutmaq, sonra isə ot doğrayan maşınla doğramaq lazımdır. Xammal toplanılan zaman onu döymək lazımdır. Xammal zəhərli olduğundan ağız və burunu tənziflə bağlayaraq kombinizonla işləmək məsləhətdir. topladıqda isə 5 m-dən artıq enində olan hissənin yığılması qadağan olunur. Bir massivdən xammalın təkrar toplanılması 3-5 ildən sonra mümkün ola bilər.

Özünəməxsus zəif iyi və təyin olunmayan dadı vardır. Bitkinin bütün hissələri zəhərlidir.

Xammal B siyahısında saxlanılır. Saxlama müddəti 2 ildir.

Tərkibi və təsiri[redaktə | mənbəni redaktə et]

Oduncaqlaşmayan yaşıl gövdəsinin tərkibində 2-4% alkaloidlər – anabazin, afillin və lupinin vardır. Bundan başqa yerüstü hissələrində saponinlər və flavonoidlər olur.

Anabazin hidroxlorid həb şəklində 0,003-0,0015 q miqdarında siqaretin tərgidilməsində, vegetativ və digər pozğunluqlarda, fikrən ayırmada və təcrid etmək üçün istifadə edilir.

Öskürəkkəsici dərmandır. Toxumları tənəffüs analeptikidir.

Anabazin hidroxloridin tərkibində olan farmakoloji maddə N-xolinomimetik (qanqlio stimulyator) nikotinə qarşı həssaslığı aşağı salır. Böyük dozaları analeptik təsir edərək, tənəffüs mərkəzini reflektor olaraq tonuslandırır.

Bu bitkinin gövdəsindən alınan “Anabazin hidroxlorid” siqaretin tərgidilməsi zamanı mərkəzi sinir sistemini oyadaraq, N-xolinomimetik (qanqliostimulyator) reseptorlarla asılılığın aradan qaldırılmasına kömək edir. "Anabazin sulfat" insektisid kimi kənd təsərrüfatında tətbiq edilir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Duza, istiyə və quraqlığa kifayət qədər davamlı bitkidir. Şorangəl torpaqlarda,yumşaq şoranlıqlarda,duzlu qrunt suyunun səthə yaxın olan qumlu yerlərində bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Xəzər, Kür-Araz ovalığı, Qobustan, Abşeeron boyunca və Naxçıvan düzündə rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Tərkibində anabazin alkaloidi vardır.Ondan meyvə və bəzək bitkilərinin ziyanvericiləri ilə mübarizədə istifadə edilən anabzin preparatı hazırlanır. Tərkibində anabazindən başqa lupilin, afillidin tapılmışdır. Anabazin güclü zəhərdir, insan üçün təhlükəlidir. Fizioloji təsiri nikotinin təsirinə oxşayır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 223.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]