Anabasis brachiata

Şamdanvari öldürgən (lat. Anabasis brachiata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2ac + 3cd4 B2ab(ii, iii, iv, v). Azərbaycanın nadir növüdür.

Şamdanvari öldürgən
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Gövdəsi çılpaq, ətli, asan qırılan, silindrik, üçüzlü, sarı-yaşılımtıl, 15-25 sm hündürlükdə kolcuqdur. Yarpaqları 2,5-5 mm uzunluğunda, pulcuqvari, geniş üçbucaqlı-yumurtavari, qoltugunda tüklü-yunvari, qurtaracaq qısa iynəciklidir. Çiçəkləri pulcuq qoltuğunda təkdir. Çiçəkyanığının yarpaqcıqları pərdəvari və ya ovaldır, qanadları dairəvi və ya geniş tərs-yumurtavari, çəhrayıdır. Meyvələri yumurtavari və ya dairəvidir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-oktyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Şoranlı təpəciklərdə, taxıllı – müxtəlifotlu—şorəngəlik qruplaşmalarının tərkibində rast gəlinir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Abşeron (Bakı şəhəri ətrafı, Yasamal dərəsi); Qobustan massivi və Müşfiq qəsəbəsi ətrafı); Naxçıvan düzənliyi (Culfa rayonu – Darıdağ ətrafı).

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın ehtiyatı azdır. Antropogen təsirlər itmə təhlükəsini yaradır.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Otarılma, tapdalanma və infrastrukturun inkişafı populyasiyanın yaşama sahələrinin deqradasiyasına səbəb olur.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Mühafizə eçen xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum banklarında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]