Anadolu Səlcuqspor

Anadolu Səlcuqspor FK (türk. Anadolu Selçukspor) — Türkiyənin 3-cü liqasında mübarizə aparan Konya futbol klubu.

Anadolu Səlcuqspor
Loqonun şəkli
Klubun tam adı Anadolu Səlcuqspor Futbol Klubu
Ölkə Türkiyə Türkiyə
Rəng(lər)          yaşıl-ağ
Yaranma tarixi 1955
Stadionu Konya Atatürk stadionu
Tutumu 22.456
Prezidenti Türkiyə Öndər Sami Güvən
Baş məşqçisi Türkiyə Əbdürrəhman Baysanqur
Liqa Türkiyə 3-cü divizyon, Ağ qrup
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Klubun adı "Konya Şəkərspor" ikən istifadə edilən loqo.

1955-ci ildə Konya şəhər fabriki işçiləri tərəfindən "Konya Şəkərspor" adı ilə qurulmuşdur. 2005-ci ilə qədər ancaq həvəskar liqalarda mübarizə aparmışdır. 2004–05 mövsümündə Türkiyənin 4-cü divizyonuna yüksəlməyi bacarmışdır. 2005–06 mövsümündə liqanın 3-cü qrupunu 15-ci yerdə bitirərək yenidən həvəskar liqaya düşən klub 2007–08 mövsümündə yenidən 4-cü divizyona qayıtmışdır. Həmin mövsüm Levent Numanoğlunun baş məşqçi olduğu "Konya Şəkərspor" 3-cü yeri tutaraq 3-cü divizyona yüksəlmişdir. İlk mövsümündəcə pley-offa qatılan komanda yarımfinalda "Tarsus İY" klubuna 1:3 uduzaraq finala çıxa bilməmişdir. 2010–11 mövsümündə yenidən pley-offun yarımfinalına çıxmış, amma "Sakaryaspor"a 1:3 məğlub olmuşdur.[1]

2012–13 mövsümündə "Konyaspor" tərəfindən satın alınıb 2-ci komanda olduğundan adı "Anadolu Səlcuqluspor" olaraq dəyişdirilmişdir.[2]

2014–15 mövsümünün əvvəlində Konya Səlcuqlu Bələdiyyəsinin tələbi ilə klubun adı "Anadolu Səlcuqspor" olmuşdur.[3]

  1. spor.milliyet.com.tr — Sakaryaspor yarı finalde
  2. "7 kulübün ismi değişti". 2013-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-20.
  3. "Anadolu'da isim yine değişti". konyayenigun.com. 28 may 2014. 28 July 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]