Anadolu yaylası

Anadolu yaylası

Anadolu yaylası - Türkiyədə yayla. Kiçik Asiya yaylasının daxili hissəsidir. Şimaldan Pont dağları, cənubdan Tavr dağları ilə əhatə olunmuşdur. Yüksəkliyi 900–1500 m. Ən hündür zirvəsi yatmış Ərciyəs vulkanıdır (3770 m). Yaylanın uzunluğu 700 km (şərqdən qərbə)eni 400 km (şimaldan cənuba). Şimal hissəsindən Qızılirmaq, Sakarya və s. çaylar axır. İqlimi yarı quraq kontinentaldır. İllik yağıntı mərkəzi hissədə 300 mm. ucqar hissələrdə isə 350–500 mm. Çoxlu şor göl var (Tuz gölü və s.). Boz və qonur torpaqlar geniş yer tutur. Bitkisi yastığabənzər tikanlı kolluqlardır.

Avrasiya və Anadolu yaylası