Anafilaktik şok (AŞ) (Termini yunan mənşəyli olub yun. ἀνά ana (qarşı) və yun. φύλαξις filaksis (qorunma) sözlərinin birləşməsindən əmələ gəlmişdir) – dərman, zəhər və yeməyə qarşı yaranan və həyat üçün təhlükə yaradan kəskin böhranlı allergik reaksiyadır. Bu vəziyyət sürətlə inkişaf edərək ağır hemodinamik pozğunluqlar törədir, orqanizmdə dərin hipoksiya yaradır, həyati vacib orqanların zədələnməsi ilə müşayiət edilir. AŞ sürətli immunoloji reaksiya kimi, sensibilizasiya olmuş orqanizmə allergenin təkrar daxil olması zamanı tosqun hüceyrələrdən və bazofillərdən mediatorların xaric olması nəticəsində əmələ gəlir.
Anafilaktik şok | |
---|---|
| |
XBT-10 | T |
DiseasesDB | 29153 |
eMedicine | med/128 |
MeSH | D000707 |
Anafilaksiya hər yaş qrupunda rast gəlir. Qida etiologiyalı anafilaksiya əsasən uşaqlarda, dərman mənşəli isə daha çox böyüklərdə müşahidə olunur. Yaşlı insanlarda yanaşı xəstəliklərin olması səbəbindən anafilaktik reaksiyadan ölüm riski daha yüksəkdir.
Anafilaktik şok vəziyyətini aşağıdakı səbəblər törədə bilər:
Bəzən AŞ-nin səbəbini təyin etmək mümkün olmur, belə ki, bir çox hallarda idiopatik AŞ IgE asılı olmayan xarakterli olur.
Əvvəlcədən sensibilizasiya olmuş orqanizmə allergenin daxil olması bioloji aktiv maddələrin külli miqdarda ifraz edilməsinə və bu fonda anafilaktik şokun inkişafına gətirib çıxarır. Mediatorların ifrazının sürətlənməsi immun və qeyri-immun yolla baş verə bilər. Anafilaktik reaksiya – konkret maddəyə qarşı sensibilizasiya olmuş şəxslərdə sürətli immun reaksiyadır. Anafilaktoid reaksiyalar mediatorların bazofil və tosqun hüceyrələrdən ifrazı nəticəsində qeyri-immun mexanizmlərin işə düşməsi ilə baş verir. Anafilaktik və anafilaktoid reaksiyalar inkişaf mexanizmlərinə görə fərqlənsələr belə, klinik əlamətləri tam bənzərdir. Anafilaktoid reaksiyalar rentgenkontrast maddələr, dekstranlar, analgetiklər, iltihab əleyhinə qeyri-steroid preparatlar, AÇF inhibitorları, tubokurarin, hiperosmolyar maddələr, tiopental-natrium və s. tətbiq edərkən inkişaf edə bilər.
AŞ zamanı letal nəticənin risk amilləri:
XBT-10 üzrə təsnifat:
Gedişi xüsusiyyətlərinə görə:
Anafilaksiyanın klinik təzahürlərinə görə. Anafilaksiyanın klinik təzahürlərindən asılı olaraq, anafilaktik şokun 5 gediş variantı ayırd edilir:
Hemodinamik pozğunluqların intensivliyinə görə. Hemodinamik pozğunluqların intensivliyindən asılı olaraq, AŞ-nin 4 ağırlıq dərəcəsi mövcuddur:
Anafilaktik şokun ağırlıq dərəcəsi, allergenin orqanizmə daxil olmasından sonra şokun hansı vaxt ərzində əmələ gəlməsi ilə birbaşa bağlıdır. Ən çox ölüm halları ildırımvari formada və allergenin orqanizmə daxil olmasından sonra 3-10 dəqiqə ərzində baş verən şok zamanı rast gəlir.
Anafilaktik şokun diaqnozu klinik əlamətlərin və anamnestik məlumatların düzgün qiymətləndirilməsi əsasında qoyulur. Anafilaktik şokun əlamətləri və ağırlıq dərəcəsi allergenin növündən asılı olmur.
Çox zaman allerqoloji anamnezin toplanması kəskin vəziyyətin aradan qaldırılmasına yönəlmiş terapiya aparıldıqdan sonra mümkündür. Anamnez toplayarkən aşağıdakı sualların cavablandırılması vacibdir:
AŞ diaqnozu aşağıdakı üç klinik meyar mövcud olduqda ehtimal olunur:
Nəzərə almaq lazımdır ki, dəri və selikli qişaların təcrid olunmuş şəkildə zədələnməsi AŞ deyil; sürətlə proqressivləşən şok dəri və selikli qişalar zədələnmədən inkişaf edə bilər; mədə-bağırsaq traktı pozuntuları müşahidə oluna bilər (qusma, qarın nahiyəsində ağrılar, diarreya).
Tənəffüs yolları keçiriciliyinin pozuntuları qırtlaq və dilin tənəffüsü v udmanı çətinləşdirən ödemi, səs tutqunluğu və stridor ilə təzahür olunur. Tənəffüs pozğunluğu təngnəfəslik, fitvari tənəffüs, ağır hallarda diffuz sianoz və tənəffüsün dayanması şəklində üzə çıxır. Qan dövranı pozuntuları əlamətləri solğunluq, soyuq yapışqan tər, taxikardiya, bradikardiya (çox zaman qan dövranı fəaliyyətinin dayanmasından əvvəl qeyd olunur), hipotoniya, miokardın işemiyası (EKQ ilə təsdiqlənir) və ürək dayanmasıdır. Yuxarıda göstərilənlər sonda beyin qan dövranının pozulması nəticəsində nevroloji pozğunluqlara gətirib çıxara bilər. Xəstələrdə psixomotor oyanıqlıq, klonik qıcolmalar, ölüm qorxusu, huşun pozulması və ya itirilməsi qeyd oluna bilər. Digər orqanlar tərəfindən təzahür edən anafilaksiya əlamətləri qaraciyər venalarının saya əzələlərinin spazmı, qarın boşluğu damarlarının genişlənməsi və onlarda qanın depolaşması, sidik kisəsi və bağırsaqların saya əzələlərinin spazmı (qeyri-ixtiyarı sidik ifrazı və defekasiya), uşaqlığın saya əzələlərinin spazmı (uşaqlıq yolundan qanlı ifrazat), hemorragik fəsadların inkişafı ilə nəticələnən hipokoaqulyasiya ola bilər. AŞ-nin ən qorxulu simptomları – tənəffüs yollarının ödemi nəticəsində tənəffüsün çətinləşməsi və arterial təzyiqin progressiv enməsidir. Bunların hər biri adekvat müalicə aparılmadıqda fatal nəticəyə gətirib çıxara bilər.
AŞ-nin ağırlıq dərəcəsi hemodinamik pozuntuların qabarıqlığı ilə müəyyənləşir.
Anafilaktik şok təxirəsalınmaz şəkildə qiymətləndirmə və müdaxilə tələb edən, həyat üçün təhlükəli vəziyyətdir. Ağırlıq dərəcəsindən asılı olmayaraq AŞ zamanı hospitalizasiya, reanimasiya və intensiv terapiya şöbəsində müalicə mütləq göstərişdir. Yardım zamanı bütün preparatların inyeksiyası ilk növbədə əzələ daxilinə (daha tez icra olunmasının mümkünlüyü baxımından) edilməlidir. Yalnız bundan sonra periferik və ya mərkəzi venaların kateterizasiyası və sonrakı dərmanların vena daxilinə vurulması məqsədəuyğundur.
Təxirəsalınmaz yardım:
Allergenin orqanizmə daxil olmasının qarşısının alınması zəruridir:
Allergiyadan əziyyət çəkən bütün xəstələrə öz yanlarında içərisində adrenalin olan şpris-tübiklər gəzdirmələrini məsləhət görmək lazımdır. Hər bir xəstənin allerqoloji anamnezini ətraflı toplamaq lazımdır. Bununla yanaşı, orqanizmin gizli sensibilizasiyası və istənilən farmakoloji preparata qarşı şok vəziyyətinin inkişafı da mümkündür. Profilaktik tədbirlər etioloji amil ilə müəyyənləşir. Zərqanadlı həşəratların zəhərinə qarşı allergik reaksiyaların profilaktikası üçün həşəratların zəhərindən alınmış allergenlər ilə spesifik immun terapiyası aparılır. Spesifik immun terapiyası allergik reaksiyası IgE mexanizmli olan pasiyentlərdə aparılır. Sancma ehtimalını əhəmiyyətli dərəcədə azaltmaq və ya ondan tamamilə qaçmaq üçün, xəstə bir sıra sadə təhlükəsizlik qaydalarına riayət etməlidir:
► Arı pətəklərindən və həşəratların digər toplanma yerlərindən (bazarlar, zibilxanalar) uzaq olmaq;
► Ot üzərində ayaqyalın gəzməmək (həşəratı basmaq təhlükəsi səbəbindən);
► Arıların bal yığma mövsümündə evdə pəncərələri tor ilə pərdələmək;
► Açıq yerlərdə qidalanmamaq və qida hazırlamamaq (qida arıları cəlb edir);
► Arıların bal yığma mövsümündə ətirli maddələrdən istifadə etməmək (ətirlər, saç üçün laklar, şampunlar və s. həşəratları cəlb edir);
► Bağ və ya bostanlarda işləyərkən bədənin çox az hissəsini açıq saxlamaq, qalın parçadan şalvar və uzun qollu paltarlar, ayaqlara isə qalın altlıqlı ayaqqabı geymək, baş örtüyündən istifadə etmək vacibdir;
► Arı sancması zamanı neştəri barmaqlar ilə tutaraq çıxarmaq olmaz, çünki bu zaman zəhər kisəsi sıxılır və qalmış zəhər yaradan sorulur. Neştəri bıçaq, dırnaq mişarı və ya dırnağın dəri səthi üzərində sürüşkən hərəkətləri vasitəsilə xaric etmək lazımdır.
► Dərmandan AŞ keçirmiş xəstələrə müəyyən dərman preparatları və ya həlledicilərin təkrar daxil edilməsindən ölüm təhlükəsinin olması haqqında xəbərdarlıq edilməlidir. Dərman preparatına qarşı təyin edilmiş həqiqi allergiya zamanı həmin preparatın, onun daxil olduğu müxtəlif kompleks preparatların və onunla eyni kimyəvi qrupdan olan bütün preparatların tətbiqi qadağan olunur.
► Qida məhsuluna qarşı allergik reaksiya zamanı bu qida məhsulu ömürlük və ya uzun illər müddətinə rasiondan çıxarılır. Xəstələrə özləri ilə identifikasiya kartları və ya anafilaksiyaya meyllilik və onun səbəb agenti qeyd olunmuş qolbaqlar gəzdirmək tövsiyə edilir. Yadda saxlamaq lazımdır ki, AÇF inhibitorları və beta-blokatorlar qəbul edən xəstələrdə anafilaksik reaksiyaların inkişaf riski yüksəkdir
Anafilaktik şokun proqnozu ciddidir. Onun nəticəsi gedişinin ağırlığı, digər orqan və sistemlərin yanaşı gedən xəstəliklərinin mövcudluğu, müalicənin adekvatlığı və vaxtında aparılmasından asılıdır. Letal nəticənin əsas səbəbləri kəskin ürək çatışmazlığı, kəskin tənəffüs çatışmazlığı, həyati vacib orqanlara qansızmalar, trombozlardır. Keçirilmiş anafilaktik şokdan sonra miokardit, hepatit, qlomerulonefrit və sinir sisteminin diffuz zədələnməsi (demiyelinizəedici proses) kimi fəsadlar inkişaf edə bilər. Təkrar anafilaktik şok halları zamanı xəstəliyin ağırlıq dərəcəsi artır.