Analitik kimyanın inkişaf tarixi

Analitik kimyanın inkişaf tarixi Analitik kimyanın tarixi çox qədimdir. Bəzi xammal və hazır məhsulların tərkibini vəsfi cəhətdən təyin etmək üsulları hələ eramızdan əvvəl çox əvvəlki dövrlərə aiddir. Dəmir, mis, qurğusun və s kimi metalları, onlarin filizlərdən istehsal etməyi, gildən hazırlanması və onların üzərinə müxtəlif rəngli arnamentlərin çəkilməsini kəşf edən insanlar əvvəlcə onları sınaqdan keçirmiş , sonra isə nisbətən geniş miqyasda tətbiq etməyə başlamışlar. Qızıl və gümüşün təmizlik dərəcəsinin yoxlamaq kimi kimyəvi analiz üsulları qədim misirlilərə məlum imiş.16-cı əsrdə italiya alimi V. Birinqççio və alman alimi Q. Aqrikola ilk dəfə olmaq etibarilə ətraflı və ardıcıl "quru üsul" analizi tərtib etmişlər. Qədim rus dövlətində dəmir və misin əridilməsi, müxtəlif ərintilərin, şüşənin hazırlanması üsulları və tətbiqi məlum idi. 1581-ci ildə İvan Qroznunun təşəbbüsü ilə Moskvada ilk aptek açılır. O zaman aptekler istehsal olunan maddələrin və filizin analizi ilə məşğul olmaq vəzifəsini daşıyırdı. I Pyotr vaxtında Moskvada 8 belə aptek varidi. Kimyəvi analizin böyük əhəmiyyətə malik olmasını başa düşən I Pyotr 1720-ci ildə Peterburqda ilk texniki kimyəvi laboratoriyası təsis edir, burada filiz və tikinti materiallaı analiz edilməyə başlayır. 1725-ci ildə Rusiyada elmlər akademiyası təsis edilir. Bununla əlaqədar olaraq XVIII əsrin ortalarında Rusiyada kimya elminin yaradılması Lomonosovun adı ilə bağlıdır. Lomonosovun fəaliyyəti analitik kimyanın inkişafına və onun tədqiqat üsullarının genişlənməsinə böyük təsir göstərmişdir. Lomonosovun analitik kimyaya və metallurgiyaya gostərdiyi ən böyük xidmətlərindən biri onun "metallurgiyanın və ya filiz işlərinin ilk əsasları" adlı kitabını yazması olmuşdur. Kimyəvi analizin inkişafı və onun təkmilləşdirilməsi sahəsində xarici ölkə alimlərinin də böyük xidmətləri olmuşdur. Hətta "analiz" sözünün özü eramızdan əvvəl V və VI əsrlərdə yunan filosoflarından qalmışdır. Hələ 1661-ci ildə Robert Boyl " skeptik kimya" adlı əsərində kimyəvi analizdən danışaraq göstərmişdir ki, onun vasitəsilə bəsit maddələri təbii məhsullardan ayırmaq olar. Boyl göstərmişdir ki, bu və ya başqa maddəni həll etmək sonra da axtarılan maddə ilə çöküntü və ya rəngli maddə əmələ gətirən bir reaktiv əlavə etməklə onu təyin etmək olar. Həmin üsulu Boyl "kimyəvi analiz" adlandırmışdır.

İsveçrə alimi T. Berqman və Şeyelle kimyəvi analizin inkişafında böyük rol oynamışdır. İlk dəfə olaraq Berqman lehim borusu vasitəsilə "Quru analiz" üsullarını ümumiləşdirmiş və analizin "yaş üsuluna" aid bir sıra reaksiyalar təklif etmişdir. Şeyelle həmçinin bir sıra yeni element və birləşmələri analitik üsullarla kəşf etmişdir. Vəsfi və miqdari analiz üsullari habelə elektroliz üsulu XIX əsrin əvvələrində xrom, torium, silisium, natrium və s kimi elementler kəşf edilmişdir. Həmin dövrdə analitik üsul ilə, yeni elementlərin axtarışı sahəsində böyük işlər aparılmışdır. 1816-cı ildə Fransa kimyaçısı E. J. Tenar ilk dəfə olaraq vəsfi analizin ardıcıl prinsiplərini hazırlamışdır. XIX əsrin I yarısında miqdari analiz üsulları sürətlə inkişaf etməyə başlayır. 1824–1828-ci illərdə Fransa alimi Gey-Lüssak həcmi analizi yaratmışdır. Böyük rus kimyaçıları Mendeleyevin, Menşutkinin, Çuqayevin, Tananayevin və Zolotovun analitik kimyanın inkişafında böyük rolu olmuşdur. Qeyd etmək lazımdır ki, hazırda bizim olkədə onlarla elmi tədqiqat institutlarında və yüzlərlə kimya, metallurgiya laboratoriyalarında kimyaçı analitiklər çalışır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Kleşkov. A. P. Analitik kimyanıın əsasları Moskva kim. 1970 , 471 s
  2. Poluektov N. S. Alovli fotometriya analiz üsulu. M. Kimya 1967
  3. Prays V. Analitik atom-absorbsiya spektroskopiya. M. Mir 1976 s. 355.