Analiz və sintez anlayışları

Analiz anlayışı Analiz dedikdə hər hansı bir şəkildə verilmiş qurğunun giriş informasiyasının çıxış informasiyasına çevrilməsi və bu çevrilmə prosesinin xüsusiyyətlərinin aydınlaşdırılması başa düşülür.[1]

Sonlu avtomatlarda və kombinasiyalı DQ-də analiz məsələsi qurğunun verilmiş sxemi üzərində həll olunur. Bunun üçün isə sxemin qurulma qaydasını və funksiyaların hesablanma üsulunu bilmək vacibdir. Deməli, əvvəl sxemi təşkil edən hər bir elementin funksiyası və bu elementlərin bir-biri ilə birləşməsinə görə qurğunun funksiyası təyin edilməlidir. Yaddaşsız və ya sonlu yaddaşa malik qurğuların sxemlərində reallaşdırıla biləcək funksiya üçün bütün informasiya olursa, belə DQ-r çox zaman sərt məntiqli qurğular adlanır. Sonsuz yaddaşa malik qurğularda isə qurğunun fəaliyyət funksiyası proqramda olur. Əvvəlki movzularda deyildiyi kimi bu qurğular proqramlaşdırıla bilən məntiqli qurğular adlanır. Odur ki, məntiqli proqramlaşdırıla bilən qurğularda analiz məsələsi funksiyanın təyinindən və proqrama görə onun xüsusiyyətinin müəyyənləşdirilməsindən ibarətdir. Sintez məsələsinin həlli yaddaşsız və sonlu avtomatlarda giriş informasiyasının çıxış informasiyasına çevrilməsinə görə sxemin qurulmasından irəli gəlir[2]

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Sonlu avtomatların sintezi bir neçə mərhələdə yerinə yetirilir:

  1. blok sintezi – funksional əlamətinə görə avtomat bloklara bölünür;
  2. mücərrəd sintez – hər blokun iş şəraiti formalaşdırılır;
  3. struktur sintez – verilmiş iş şəraitini reallaşdıran sxemin qurulması;
  4. etibarlığın sintezi;
  5. DAT qurğularında əlavə olaraq təhlükəsiz şəraitə görə sintez aparılır;
  6. texniki sintez mərhələsində elementlərin məxsusi xüsusiyyətinə və onların birləşməsinə, yüklənmə qabiliyyətinə, iqlim və mexaniki parametrlərinə baxılır.
  7. struktur izafilik yaratmaqla qurğunun sxeminin fəaliyyət etibarlığının təmin olunması

Yuxarıda göstərilən mərhələlər şərtidir, təcrübədə müəyyən mərhələlər birləşdirilir və ya ixtisara salınır. Hazırda avtomatlaşdırılmış layihələndirmə sistemləri mövcud olduğundan, mürəkkəb avtomatlar üçün bu mərhələlər avtomatik yerinə yetirilir.[3]

  1. "Arxivlənmiş surət". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-17.
  2. "Arxivlənmiş surət". 2019-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-17.
  3. "Arxivlənmiş surət". 2018-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-17.