Anam Kür qısametrajlı sənədli filmi rejissor Şərif Şərifov tərəfindən 1993-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın ən nəhəng təbii sərvətlərindən bir olan ana Kürün bu günündən, illər boyu onun başına gətirilən bəlalardan, çayla bağlı problemlərdən və ümidli gələcəyindən danışır.
Anam Kür | |
---|---|
Janr |
sənədli qısametrajlı |
Rejissor | Şərif Şərifov |
Ssenari müəllifləri |
Svetlana İsmayılova Ərzuman Məmmədov |
Operator | Şərif Şərifov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1993 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan |
İl | 1993 |
Texniki məlumatlar |
5 hissə 1340 metr |
Rəng | rəngli |
Film Azərbaycanın ən nəhəng təbii sərvətlərindən bir olan ana Kürün bu günündən, illər boyu onun başına gətirilən bəlalardan, çayla bağlı problemlərdən və ümidli gələcəyindən danışır.[1]
1996-cı ildə ssenari müəllifi Svetlana İsmayılova, Ərzuman Məmmədov, rejissor və operator Şərif Şərifov, məsləhətçi Fyodor Tırin 1994-1995-ci illər ərzində Azərbaycan Respublikasının ekologiya sahəsindəki aktual məsələlərinin, problemlərinin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasına və fəal təbliğinə görə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin akademik Həsən Əliyev adına Mükafatına layiq görülmüşlər.[1]
Ssenari müəllifi: Svetlana İsmayılova, Ərzuman Məmmədov
Rejissor: Şərif Şərifov
Operator: Şərif Şərifov
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 358.
Azərbaycan filmlərinin siyahısı
1993-cü ilin Azərbaycan filmləri
1990-cı illər Azərbaycan filmlərinin siyahısı