Anapa subasarı

Anapa subasarı — müasir Anapa şəhərinin şimalını tutan bataqlıqlaşmış düzənlik[1]. Bir çox köçəri su quşları üçün yuva qurma yeridir. Anapa su basar ərazisi əvvəllər burada mövcud olmuş Qara dənizin Anapa körfəzinə dağ çaylarının gətirmə məhsulları hesabın yaranmış konus şəkilli çıxıntının bataqlaşması nəticəsində formalaşıb.

Anapa subasarı
rus. Анапские плавни
Ümumi məlumatlar
Mütləq hündürlüyü - 0,7 m
Sahəsi 13 km²
Yerləşməsi
44°55′00″ şm. e. 37°20′00″ ş. u.
Ölkə  Rusiya
Anapa subasarı xəritədə
Anapa subasarı
Anapa subasarı
Anapa subasarı xəritədə
Anapa subasarı
Anapa subasarı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

Anapa su basar ərazisi nisbətən yaxın zamanlarda meydana gəlib. XVII əsrin sonlarında səyahətçilərin yazdığı qeydlərə əsaslansaq bu nəticəyə gəlmək mümkündür: Bu ərazidə Anapa körfəzinin suları dalğalanırdı. Məhs bu ərazidə antik və orta əsrlərdə belə mövcud olmuş Qorqippi şəhəri var idi. Şəhər önəmli ticarət mərkəzi hesab olunurdu. Daşqın sahələrinin dibində gəmi qalıqları aşkar edilib. Müasir təmizləyici avadanlıqların olmaması səbəbindən Kuban çayının allüvial fəaliyyəti buxtanın şimal hissəsinin lillənməsinə səbəb olmuşdur. Cənubdan və şərqdən bu proses kiçik dağ çayları olan Maskaqa və Kumatırın tərəfindən daha da sürrətlənir. XIX əsrin əvvələrində bu ərazi liman olmuşdur[2].

Şəhərin böyüməsi ilə Anapa körfəzinin çox hissəsi qurudu və ondan yalnız kiçik bir Anapa buxtası qaldı. Ərazinin təxmini sahəsi 1200–1300 hektardır (12–13 km²).[3] Hövzə şirin suludur. Suyun oksigenlə zənginləşməsində ərazidə bitən bitkilərin rolu böyükdür. Yayda dayaz şirin suda su quşlarının qidalandığı plankton, xərçəngkimilər, qurdlar və mollyuskalar çoxalır.[4] Kiçik çay olan Anapka ilə Qara dəniz arasında su mübadiləsi məhs Anapka subasarı tərəfindən həyata keçirilir. Keçid ərazilərdə durna və kefal balıqları üstünlük təşkil edir. Anapa subasarının şimal-qərbində bənd inşa edilmiş. Bənd subasarı Çembur gölündən ayırır. Subasarda suyun səviyyəsi daha çox payız-qış aylarında qeydə alınır. Bənd üzərindən avtomobil yolu keçir.

Yanğın[redaktə | mənbəni redaktə et]

2019-cu ilin noyabrında subasar ərazisində güclü yanğın baş vermişdi. Yanğının əhatə etdiyi sahə 24 hektar idi. Yanğını iki gün ərazində söndürmək mümkün olmuşdur.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Яндекс. Карты". maps.yandex.ru (rus). 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
  2. "Анапские плавни". anapa-hot.ru (rus). 2018-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
  3. "Гидрологические условия Анапы — Анапа.инфо". www.anapa.info. 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-15.
  4. "Природа Анапы". 2010-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-20.
  5. "Пожар на плавнях в Анапе ликвидировали" (rus). www.livekuban.ru. 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-24.