Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Anar Möhtərəm oğlu Əliyev (4 aprel 1976, Yuxarı Seyidəhmədli, Füzuli rayonu) — "Vergilər" qəzeti və "vergiler.az" onlayn platformasının rəhbəri, "İqtisadçı jurnalistlər" Maarifləndirmə və Monitorinq Media Mərkəzinin sədri, "Qafqaz əməkdaşlıq və inteqrasiya" ekspert klubunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru, politoloq.
Anar Əliyev | |
---|---|
Doğum tarixi | 4 aprel 1976 (48 yaş) |
Doğum yeri | |
Atası | Möhtərəm Əliyev |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | İqtisadçı, politoloq |
Təhsili |
Anar Əliyev 4 aprel 1976-cı il Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda politoloq ixtisası üzrə bakalavr (1993–1997-ci illərdə), Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında konfliktoloq ixtisası üzrə magistr (1997–1999) təhsili alıb. ikinci ali təhsili Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə olub (2006–2008).
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda tarix üzrə fəlsəfə doktoru (2013-cü ildə) və A.A.Bakıxanov adına Tarix İnstitutunda Tarix elmləri doktorluğu üzrə doktorantura dərəcəsini almışdır.
1995-ci ildə "Çağ" qəzeti redaksiyasında müxbir kimi əmək fəaliyyətinə başlayıb. 1998-ci ildən 2005-ci ilə kimi "Müstəqil qəzet" redaksiyasında şöbə müdiri, baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb. 2000-ci ildən 2018-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin "Politologiya" kafedrasında müəllim və baş müəllim vəzifəsində işləyib, politologiya və sosiologiya fənlərini tədris edib. "Politologiya" dərsliyinin həmmüəlliflərindən biridir. 2006-cı ildə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub, hazırda "Vergilər" qəzeti və "vergiler.az" platformasının rəhbəridir.
27 sentyabr 2020-ci ildə Azərbaycan dövlətinin Ermənistanın növbəti təxribatlarına cavab olaraq başlatdığı Vətən müharibəsi zamanı dövlətimizin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun haqq mübarizəsinə rəhbərlik etdiyi media qurumu çərçivəsində göstərdiyi informasiya dəstəyi ilə yanaşı, müxtəlif kütləvi informasiya vasitələrində siyasi şərhçi və tarixçi kimi yazılar yazıb, müxtəlif televiziyalarda 100-lərlə proqrama qatılaraq çıxışlar edib.
Azərbaycanın haqq səsinin nəinki ölkə daxilində, eləcə də xarici ölkələrdə səsləndirilməsi istiqamətində fəaliyyət göstərib. Rusiyanın nüfuzlu pressunity.org informasiya portalında ekspert kimi çıxışlar edib, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tədqiqat işləri dərc olunub. Moldova, Ukrayna və İsrailin bir sıra nüfuzlu tədqiqatçılarının, politoloqlarının birləşdiyi https://ava.md onlayn müzakirə platformasının Azərbaycan Respublikasından tərəfdaşı seçilib, həmin portalda bir neçə tədqiqatı dərc edilib.
1999-cu ildə dövlət qeydiyyatına alınan Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin təsisçisi, 2020-ci ilin dekabrında yaradılan "İqtisadçı jurnalistlər" Maarifləndirmə və Monitorinq Media Mərkəzinin sədri, Rusiya, Ukrayna, Moldova, Belarus, Fransa, Türkiyə, Gürcüstan və Azərbaycandan olan politoloq, sosioloq və iqtisadçıların diskusiya platforması kimi 2021-ci ilin oktyabrında təsis edilən "Qafqaz əməkdaşlıq və inteqrasiya" ekspert klubunun rəhbəridir.
Anar Əliyev tarixçi-politoloq kimi qardaş Türkiyə dövlətində də bir çox tədbirlərin iştirakçısı olub, çıxışlar edib, televiziya proqramlarına qatılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın başlatdığı "Xocalıya ədalət" kompaniyası çərçivəsində dəfələrlə İstanbulda keçirilən anım tədbirlərinə dəvət olunub, müxtəlif anım törənlərində tarixçi alim kimi çıxışlar edib. 2017-ci ildə Türkiyənin paytaxtı İstanbul şəhərində "7 dövlət bir millət" devizi altında keçirilən Böyük Türk Birliyi Qurultayına rəsmi dəvət olunub, tədbir çərçivəsində keçirilən bölüm toplantısında beynəlxalq səviyyədə Azərbaycana qarşı edilən haqsızlıqlar, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsassız şəkildə icra olunmaması, Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və işğal faktları ilə bağlı çıxış edib.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Politologiya" kafedrasına müəllim təyin olunub. 2018-ci ilə kimi həmin kafedrada müəllim və baş müəllim vəzifələrində çalışıb, Politologiya və Sosiologiya fənlərinin tədris proqramlarının və "Politologiya" dərsliyinin hazırlanmasında iştirak edib. 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatların etnosiyasi münaqişələri tənzimləmələri kontekstində" adlı dissertasiya işini müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi adını alıb. 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitunun tarix elmləri doktorluğu üzrə Doktoranturasına yüksək nəticələrlə daxil olub.