Anar Məhəmmədəli oğlu Eyvazov — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi.
Anar Eyvazov | |
---|---|
17 sentyabr 2024 – hal-hazırda | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi xidmət | |
Xidmət illəri | 2000—hal-hazırda |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Müdafiə Nazirliyi |
Rütbəsi |
Polkovnik |
|
|
Təltifləri |
2023-cü il iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin Rəisi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub. 2020-ci il sentyabrın 26-da müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin Mətbuat Katibi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub.
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur.[1] Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.[2] Bu barədə məlumatı Azərbaycan cəmiyyətinə canlı yayında məhz Anar Eyvazov çatdırmışdır.
Anar Eyvazov Vətən müharibəsi zamanı mütamadi olaraq brifinqlərdə cəbhədə baş verən hadisələri Azərbaycan cəmiyyətinə bildirib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Eyvazov "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[3]
17 sentyabr 2024-cü ildə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyində struktur dəyişikliyi edilərək Mətbuat xidməti ləğv edilmiş və əvəzində Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb. İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.[4]