Anar Məmmədov (1972)

Anar Məmmədov (tam adı: Anar Vilen oğlu Məmmədov; 17 may 1972, Bakı, Azərbaycan SSR, SSRİ20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar hadisələrinin qurbanı.

Anar Məmmədov
Anar Vilen oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (17 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi Qanlı Yanvar faciəsi zamanı qundağla döyülmüşdür
Dəfn yeri Türkan qəbiristanlığı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Vilen
Anası Səlimə
Milliyyəti azərbaycanlı

Həyatı[redaktə | mənbəni redaktə et]

17 may 1972-ci ildə Bakıda anadan olmuşdur.[1] Atası Vilen müxtəlif dövlət müəssisələrində, o cümlədən də 1997-ci ilə qədər Tikinti Materialları İstehsalı Nazirliyində çalışmışdır; hal-hazırda "Vışka" qəzetinin baş redaktor müavinidir.

Anar orta məktəbin 10-cu sinfini bitirmişdir; ali təhsil müəssəsinə hazırlaşsa da, Qanlı Yanvar faciəsi Anarın həyatına son qoymuşdur.

Qanlı Yanvar faciəsi[redaktə | mənbəni redaktə et]

Anar yanvarın 19-u axşama yaxın evdən çıxmışdır. Anarın evə qayıtmamasından narahat olan valideynlər və qohum-qonşular yanvarın 20-si bütün günü Anarı axtarsa da, yalnız bir gün sonra Anarla bir gecə birlikdə olmuş yoldaşının Anarın valideynlərinə qonaq gələrək hadisələri danışdıqdan sonra Anarın harada olduğunu xəbər tutmuşdurlar:

" Xeyli adam Zığ şosesinin yaxınlığındakı Radiozavodun yanına yığışmışdı. Mən də, Anar da orada idik. Birdən rus əsgərləri bir neçə zirehli maşını üstümüzə sürdülər, qışqırıb-bağırmağa başladılar. Onlar rusca "yerə yatın, geri qayıdın!" desələr də, Anar ayaq üstə dayanmışdı. O da səslənirdi:

— Mən öz torpağımda deyiləmmi?! Mən niyə yerə yatım ki?!

Rus əsgərləri ona yaxınlaşan kimi avtomatın qundağı ilə onu döyməyə başladılar.

Səhər Anarı bir "Moskviç"lə Sabunçu xəstəxanasına aparmışdılar, amma artıq gec idi. Anar şəhid olmuşdu.

"

Türkan qəbiristanlığında ata babası, ata nənəsi və əmisinin yanında dəfn edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Tacir Qurbanov, Almara Nəbiyeva, Maral Qocaman. Azadlıq Carçıları (az.). Bakı: "Zərdabi Nəşr" MMC. 2021. səh. 240. ISBN 978-9952-542-97-4.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]