Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Anar Nəcəfli — Xəzər TV-nin "Xəzər Xəbər" verilişinin aparıcısı.
Anar Nəcəfli | |
---|---|
Anar Nəcəfli | |
Doğum tarixi | |
Doğum yeri | Ucar, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Təhsili | Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi |
Fəaliyyəti | jurnalist |
1980-ci ilin noyabr ayında Ucar rayonunda anadan olub.
1998-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olunmuşdur. 2002-ci ildə həmin fakültəni bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdən qayıdandan 1 il sonra ANS şirkətlər qrupuna işə düzəlmiş və "İç xəbər" verilişində müxbir kimi çalışmışdır. Ancaq sonradan aparıcı kimi də fəaliyyət göstərməyə başlamışdır.
2007-ci ildə isə müəyyən problemlər səbəbindən ANS-dən uzaqlaşmış və "Bürc FM" radiosunda işə düzəlmişdir. Əvvəl "Bürc FM"də xəbərlər buraxılışı olmayıb o, gələndən sonra burada "Xəbərlər" proqramı fəaliyyətə başlamış və 2-3 saatdan bir efirə çıxmışdır. Bir müddət sonra isə "Xəzər" telekanalı yarandığından fəaliyyətini burada davam etdirmişdir.
"Xəzər" telekanalında həm müxbirlik, həm də aparıcılıq edirdi.