Anar Qocayev

Anar Aslan Oğlu Qocayev (17 dekabr 1976-cı ildə doğulub.) — Azərbaycanlı şəhid.

Anar Qocayev
Anar Aslan Oğlu Qocayev
1.312 × 1.644 px
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Gəncə
Vəfat tarixi (15 yaşında)
Vəfat yeri Laçın
Vəfat səbəbi Şəhid
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1991-1992
Rütbə Əsgər
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Qocayev Anar Aslan oğlu 17 dekabr 1976-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 27 saylı texniki-peşə məktəbini bitirib tornaçı peşəsinə yiyələnmişdir.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Anar Qocayev hələ yaşı çatmasa da, gecə-gündüz fikri xəyalı döyüş bölgəsində olmuş,küçədə belə əsgər görəndə evdə olan ərzaqdan həmin əsgərlərə verərmiş.Televizorda Xocalı soyqırımı haqqında verilişə baxdıqdan sonra rahat dayana bilməyən Anar səhərisi gün cəbhəyə gedəcəyinə and içmişdir.  Səhərisi gün anası işdən evə qayıdanda Anarın evdə olmadığını görmüş, balıncın altından «Məni bağışla anacan, dözə bilmirəm. Özündən muğayat ol. Hələlik!» sözləri yazılmış bir məktub tapmışdır.Beləliklə, Anar Qocayev hələ 16 yaşı tamam olmamış, 1991-ci ildə cəbhəyə yollanmış, bir neçə döyüş əməliyyatlarında layiqli iştirak etmiş, döyüş bacarığı ilə tez bir zamanda şəxsi heyətin böyük hörmətini qazanmışdır. Qocayev Anar Aslan oğlu 21 sentyabr 1992-ci ildə Laçın rayonunun Sarıbaba yüksəkliyində döyüş əməliyyatını yerinə yetirən zaman itkin düşmuşdur. Kəpəz Rayon Məhkəməsinin 2-3601997 nömrəli qətnaməsinə əsasən Qocayev Anar Aslan oğlu ölmüş elan edilmişdir.

İrsi[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • "GƏNCƏ ŞƏHİDLƏRİ".