Anatoli Sultrekov (Solbanax)

Anatoli Yeqoroviç Sultrekov (rus. Анатолий Егорович Султреков (Солбанах), 5 aprel 1954, Taştıp aymağı, Krasnoyarsk diyarı) — Xakas yazıçısı, şairi və jurnalisti, Rusiya Yazıçılar Birliyinin üzvü (1999), Xakasiya Respublikasının Əməkdar Mədəniyyət işçisi (1998), Nikolay Domojakov adına ədəbi mükafatın laureatı (2017)

Anatoli Yeqoroviç Sultrekov
Təxəllüsü Anatoli Solbanax
Doğum tarixi (69 yaş)
Doğum yeri Tarbaqan aulu, Taştıp rayonu, Xakasiya
Vətəndaşlığı SSSR, Rusiya Federasiyası
Milliyyəti xakas türkü
Təhsili Abakan Dövlət Pedaqoji İnstitutu
Fəaliyyəti jurnalist, yazıçı, şair
Fəaliyyət illəri 1977
Əsərlərinin dili xakas dili
Janrlar şeir, nəsr
Mükafatları Xakasiya Respublikasının Əməkdar Mədəniyyət işçisi (1998)

Həyatı[redaktə | mənbəni redaktə et]

Anatoli Yeqoroviç Sultrekov 5 aprel 1954-cü ildə Xakasiya Muxtar Vilayətinin Taştıp rayonunun Tarbaqan aulunda çoxuşaqlı kənd poçtalyonu ailəsində anadan olmuşdur.[1] O, Taştıp orta məktəbini bitirdikdən sonra Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olsa da, rektor Venedikt Qriqoryeviç Karpovun tövsiyəsi ilə təhsilini Abakan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində daxil olmuşdur.

Təhsil aldığı illərdə xakas dilində yayınlanan “Lenin yolu” («Ленин чолы») regional qəzetin redaksiyası ilə yaxından əlaqə saxlamışdır. Həmçinin Nikolay Georgieviç Domojakovun rəhbərlik etdiyi “Səhər şəfəqləri” («Утренняя зоренька») ədəbi dərnəyində fəal iştirak etmişdir. 1977-ci ilin may ayında ali təhsilini bitirərək “Lenin yolu” qəzetində çalışmağa başlamışdır. Əmək kitabçasında bununla bağlı belı bir qeyd var: qırx ildən çoxdur ki, indi “Xəbər” adlandırılan qəzetdə çalışır. O, bu qəzetin səhifələrində əvvəlcə təsərrüfatla, sonra gənclik mövzuları və mədəniyyətlə bağlı məqalələr yazmışdır.

Yazıçı öz yaradıcılıq amalını belə açıqlayır: “Mən alovlu bir bütpərəstəm, bütün kitablarımda əsas qəhrəmanlardan nümunə götürərək insanların Xakasiyanın adət-ənənələrini, qutsal yerlərini unutmaması üçün hər şeyi etməyə çalışıram”.

İdman jurnalistlərinin regional və ümumrusiya müsabiqələrinin dəfələrlə qalibi və mükafatçısı olmuşdur. 2017-ci ildə Xakasiya Respublikası Başçısının Nikolay Domojakov adına ədəbi mükafatın laureatı adına layiq görülmüşdür. Əmək veteranı, “Əmək şücaətinə görə” medalı ilə təltif edilmişdir. Həmçinin Rusiya Jurnalistlər Birliyinin “Peşəkar cəmiyyətə xidmətlərinə görə” ali mükafatı ilə təltif edilmişdir. Onun nailiyyətlər arasında Respublika jurnalistika sənətkarlığı müsabiqəsindəki qələbəyə “İrəli, Xakasiya!” ödülü də vardır (2019). Bundan əlavə, “İlin jurnalisti” nominasiyasında kubok və qalib diplomu ilə təltif olunmuşdur.

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

Anatoli Sultrekovun ilk kitabı 1994-cü ildə nəşr olunmuş “Ayı ürəyi” povestidir. Respublikada əsərlərini xakas dilində yazan az sayda yazıçılardan biridir.

Yazıçının “Oyuq ağac” povesti İkinci dünya müharibəsi illərində bir gəncin meşədə arıları necə tapdığı və əldə olunan bal sayəsində xəstə insanları ayağa qaldırdığından bəhs edir.

O, Xakasiyanın istedadlı sakinlərinin bir çoxunun bioqrafiyasını bədii şəkildə qələmə almışdır. Oxucular tərəfindən çox sevilən “Sensey” (ilk xakas idman ustası, karateçi Aleksey Karamaşev haqqında), “Qəhrəman qadınların yolu” (Xakasiyada qadın sərbəst güləşinin inkişafı haqqında), “Makıyla” (şair və dramaturq Mixail Kilçiçakov haqqında) əsərlərinin müəllifidir. 2014-cü ildə Seulda keçirilən Olimpiya Oyunlarının bürünc mükafatçısı, güləşçi Sergey Karamçakova həsr olunmuş “Zəfər sevinci” əsəri nəşr olunmuşdur.

Anatoli Sultrekovun bütün kitabları üç kateqoriyaya bölünür: “Xakasiyanın ecazkar insanlarının həyatı”, “Milli məktəblərin müəllimləri üçün təlimatlar” və “Uşaqlar üçün kitablar”.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Xakasiya Respublikasının Əməkdar Mədəniyyət işçisi (1998)
  • Nikolay Domojakov adına ədəbi mükafatın laureatı (2017)

Qısa biblioqrafiya[redaktə | mənbəni redaktə et]

  • Медвежье сердце: повесть и рассказы / А. Султреков. – Абакан: [б.и.], 1994. – 128 с. – Xakas dilində
  • Голос чатхана: учебное пособие / А. Султреков. – Абакан : Хакас. кн. изд-во, 1995. – 126с. – Xakas dilində
  • Дуплистое дерево: повесть / А. Султреков. – Абакан: Хакас. кн. изд-во, 1996. – 94, [2] с.: ил. – Xakas dilində
  • Путь девушек-богатырей / А. Султреков. – Абакан: Роса, 2000. – 112с. – Xakas dilində
  • Красные ягоды – от всей души / А. Султреков. – 2000. – 126 с. – Xakas dilində
  • Яркие звёзды: учебное пособие / А. Султреков. – Абакан: [б.и.], 2002. – 172 с. – Xakas dilində
  • Тайны горы Чалбарт = Чалбарт хайаның чазыттары: [сборник / авт.-сост. А. Е. Султреков]. – Абакан: Хакас. кн. изд-во, 2008. – 288, [4] с. – Xakas dilində
  • Поющее дерево / А. Е. Султреков. – Абакан: Хакас. кн. изд-во, 2009. – 180 с. : ил. – Xakas dilində
  • Мыкайла : художественно-публицистическая повесть / А. Султреков. – Абакан: Хакас. кн. изд-во, 2009. – 324 с. – Xakas dilində
  • Сэнсэй : повесть/ А. Султреков. – Абакан: Хакас. кн. изд.-во, 2012.- 289, [14] с. : ил.,портр. – Xakas dilində
  • Чиңiс ӧрiнiзi = Радость победы: [художественно-публицистическая повесть] / А. Султреков. – Абакан: Хакас. кн. изд-во, 2014. – 436 с. – Xakas dilində
  • Хара хустың теелбегi = Танец орла /А. Султреков. – Абакан: Хакасское книжное издательство, 2016. – 270 с.
  • Тiрiлген кип-чоохтар = Ожившие легенды / А. Султреков. – Абакан: Хакасское книжное издательство, 2017. – 413 с. Xakas dilində
  • 90 чыл чоннаң хада = 90 лет вместе с народом /авт.-сост. А. Султреков. – Абакан: Редакция газеты "Хабар", 2017. – 269 с. Xakas dilində
  • Кӧӧленiс кӧглерi = Песни любви: [роман в 2 книгах] Кн. 1., / А.Е. Султреков. – Абакан: Хакасское книжное издательство, 2018, 175 c. Xakas dilində
  • Кӧӧленiс кӧглерi = Песни любви: [роман в 2 книгах] Кн. 2., / А.Е. Султреков. – Абакан: Хакасское книжное издательство, 2019, 179 c. Xakas dilində

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Султреков Анатолий Егорович // Энциклопедия Республики Хакасия: [в 2 т.]. – Абакан, 2008. – Т.2. – С. 166.
  • Султреков Анатолий Егорович: биобиблиографический справочник / сост. М.О. Шулбаева. – Абакан: Изд.-во Хакас. гос. ун-та, 2010. – 15 с. : портр.
  • Шулбаев, О. Айдас книгаларның авторы : [к 60-летию А.Е. Султрекова, корреспондента газеты "Хабар",писателя, члена Союза писателей России] / О. Шулбаев // Хабар. - 2014. - 8 апр. (№ 38). - C. 4 .
  • Майнагашева, Н. А. Султрековтың "Мыкайла" книгазынаңар / Н. Майнагашева // Инесай. – 2010. – № 5. – C. 96-98.
  • Дубровин, А. Литературный голос Анатолия Султрекова / А. Дубровин // Хакасия. –2014. – 9 апр. (№ 64) . – C. 17, 20.
  • Дубровин, А. Литературный голос Анатолия Султрекова / А. Дубровин // Глазами профи-нциала. Встречи: [сборник интервью разных лет] / А. Дубровин. – Москва, 2016. – С. 77-81.
  • Челтыгмашева, Л. Творчество современных хакасских прозаиков: проблемно-тематические особенности, типология жанровых форм // Челтыгмашева Л. Хакасская проза конца XX - начала XXI в.: типология, этнопоэтические традиции: монография. – Абакан, 2017. – C. 12-52.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Султреков Анатолий Егорович". 2018-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-11.