Zöhrabbəyov Anatoli Həsən oğlu (14.05.1909 - 1946) — şair, 1940-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Anatoli Zöhrabbəyov | |
---|---|
Zöhrabbəyov Anatoli Həsən oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı qəzası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Təhsili | Dini təhsil |
Fəaliyyəti | Şair, müəllim |
Anatoli Zöhrabbəyov Vikimənbədə |
1909-cu il mayın 14-də Bakıda dəmiryolçu ailəsində doğulmuşdur. Burada orta məktəbi bitirmişdir. APİ-nin kimya fakültəsində təhsil almışdır (1931). Bir neçə il Azərbaycan SSR Neft sənayesi Elmi-Tədqiqat neft-kimya institutunda laborant, kiçik elmi işçi vəzifələrində çalışmışdır (1932-1933).
Ədəbi fəaliyyətə 1940-cı ildən başlamışdır: dövri mətbuatda lirik şerlər, mahnı mətnləri çap etdirmişdir. Poetik yaradıcılığında Nizami Gəncəvidən tərcümələr başlıca yer tutur. Şairin "İsgəndərnamə" mənzum romanından rus dilinə etdiyi tərcümələr rəğbətlə qarşılanmışdır Əsərlərini rus dilində yazmışdır. "Odlu diyar" tarixi* romanı "Drujba narodov" almanaxında, "Vətən uğrunda" jurnalında, sonra isə ayrıca kitab Halında buraxılmışdır (1945). Burada XII əsr Azərbaycan ictimai-siyasi Hadisələri, xalq Həyatı, onun mübarizəsi maraqlı lövhələrlə təsvir edilmişdir. Vaxtsız ölüm əsərin ikinci cildini başa çatdırmağa imkan verməmişdir.
1946-cı ildə Bakıda vəfat etmişdir.