Anatoliya moruğu


Anatoliya moruğu
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Asiya, İran, Qafqaz, orta Asiyada yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 1-2 m olan koldur. Budaqları əyilmiş, üstü iynələrlə örtülmüşdür. Yarpaqların kənarları dişli, üstü tünd yaşıl, yumurtavaridir. Çiçəkləri ağ, tünd çəhrayı, çəhrayı-qırmızı rəngli, uzun (15-20 sm), düz süpürgələrdə yerləşir. Meyvələri qara, şarşəkilli, xırda (eni 9-13 mm), yeməlidir.


Ekologiyası[redaktə | mənbəni redaktə et]

Rütubətə, istiyə davamlıdır. Çay kənarında münbit torpaqlarda yaxşı bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqaz, Kür-Araz ovalığında, Talış və Naxçıvan MR təbii halda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Qida əhəmiyətlidir. Meyvəsindən mürəbbə, şərbət hazırlanır. Bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild[ölü keçid]": Bakı: "Elm"-2018. http://dendrologiya.az/page_id=112[ölü keçid]
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.