Ancəqəv — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1] Kənd əhalisi əsasən, Lerik rayonunun Təngəbin və Anzolu kəndlərindən buraya köç edənlərdir. Kənd ərazisindən iki əsas çay axır.Bu çaylar kəndin sonunda birləşərək Ləkər çayına, Ləkər çayı Lənkəran (Vazaru) çayına, bu çay isə Xəzər dənizinə axır.Kəndin yuxarı və aşağı hissələri sıx meşələrlə əhatə olunmuşdur. Kəndin adı meşə kənarında yerləşməsi ilə bağlıdır. Ancəqəv kəndi Hirkan Milli Qoruğunun yaxınlığında yerləşdiyi üçün burada Hirkan qoruğunda olan və Qırmızı Kitaba salınmış bir çox bitki və ağaclara rast gəlmək mümkündür. Kənd meşələrində qaban, qonur ayı, tülkü, çaqqal, canavar, yenot, vaşaq, meşənin əlçatmaz yerlərində bəbirə rast gəlmək mümkündür.
Kənd | |
Ancəqəv | |
---|---|
38°40′22″ şm. e. 48°40′54″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Milli tərkibi | Talışlar |
Rəsmi dili | Azərbaycan dili |