Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
And dağları 4 yüksəklik qurşağından ibarətdir : Tierra Caliente (İsti Ölkə), Tierra Templada (Sərin Ölkə), Tierra Fria (Soyuq ölkə), Tierra Helada (Şaxtalı ölkə). Hər bir qurşaqda həyat müxtəlifdir. Buna istər insan, istər heyvan, istərsə də bitki həyatı daxildir. Qurşaqlar təkrarolunmazlığı ilə seçilir.
Tierra Caliente – İsti ölkə Temperaturu çox yüksəkdir. Burada tarantullara çox rast gəlinir. Onların sancmağı ölümlə nəticələnməsə də şiddətli ağrıya səbəb olur. Tierra caliente- də çoxlu banan plantasiyaları yerləşir. Əsasən tropik ovalıqlardan ibarətdir. Bu yüksəklik qurşağı And dağlarını həm şərqdən, həm də qərbdən əhatə edir. Burada yaşayan il boyu davam edən isti iqlimə öyrəşməyə məcburdurlar.
Tierra Caliente-nin fiziki xüsusiyyətləri Tierra Caliente And dağlarının 4 yüksəklik qurşağından ən alçağıdır. Dəniz səviyyəsindən təxminən 914 m yüksəklikdə yerləşir. Buranın iqlimi isti və rütubətlidir. Orta temperatur 75-80 C arasında dəyişir. Həmişəyaşıl enliyarpalı meşələr And dağlarının şərq yamacları boyunca uzanır. And dağlarının qərbində, təbii bitki örtüyü tropik otlaqlarla yağmur meşələri arasında dəyişir.
Tierra caliente- də insanların adaptasiyası Tropiki istilik Tierra Caliente-də yaşayışı çox çətinləşdirir. Nəticədə burada əhalinin sayı digər qurşaqlara nisbətən aşağıdır. Afrika soyundan olan bəzi nəsillər İspanlar tərəfindən, böyük plantasiyalarda qul kimi işləmək üçün gətirilmişdir. Yerli əhali də yağmur meşələrinin müəyyən hissələrində yaşayır. Buranın əhalisi tropik ərazidə yaşamağa uyğunlaşmışdır. Fermerlər istiyə tələbkar bitkilər əkir, banan, düyü, şəkərqamışına üstünlük verirlər. İnsanlar açıq rəngli paltarlar geyinir və adətən, bamuk və taxtadan düzəldilmiş evlərdə yaşayırlar. Bəzi evlər selə qarşı qorunmanı təmin etmək üçün sütünlar üzərində inşa edilmişdir.
Tierra Templada – Sərin Ölkə Ekvadorun Tierra Templada təpələrində bağbanalar qızlıgül, qərənfil, çobanyastığı kimi güllər əkir. Bu güllər büyüdükcə müştəriləri min metrlərlə məsafədən almağa sövq edir. Amerkanların “Sevgililər Günü” də aldığı güllərin böyük qismini Ekvadardan gələn güllər təşkil edir. Çünki Ekvadorun mülayim havası gül yetişdirmək üçün əvəzsizdir.
Tierra Templada- nın fiziki xüsusiyyətləri Tierra templada And dağlarının ikinci yüksəklik qurşağıdır. Dəniz seviyyəsindən 914 – 1882 m hündürlükdə yerləşir. Bu qurşaqda temperatur 65 – 75 C arasında dəyişir. Burada nadır hallarda buzlaşma baş verir. İl boyu davam edən xoş hava, insanları Tierra Templada – nı “Əbədi Bahar Ölkəsi” adlandırmağına səbəb olmuşdur. Bu qurşaqda vegetasiya yüksəklikdən asılı olaraq dəyişir. Yüksəklik az olan yerlərdə bambuk, palma, meşə sarmaşıqları xarakteriktir. Daha yüksək seqmentlərin əsasını isə həmişəyaşıl enliyarpaqlı ağaclar təşkil edir.
Tierra Templada – da insanların adaptasiyası Tierra Templada – nın müləyim iqlimi buranı yaşayış üçün əlverişli edir. Buna görə də Tierra Templada əhalinin sıx məskunlaşdığı qurşaqdır. Burada yaşayan insanların əksəriyyəti Mestizos adlanır – hansı ki, yerlilər və avroplalıların qarışığından yaranmışdır. Avropalıların Tierra Templada – ya təsiri böyükdür. Fermerlər burada bitkiləri yüksəkliyə uyğun olaraq seçir. Nisbətən alçaq yerlərdə banan, portağal kimi istisevən bitkilər əkilir. Burada bitkiçiliyimn əsasını kofe təşkil edir. Çünki, Tierra Templada – nın iqlimi kofe yetişdirmək üçün idealdır. Kofe dənəciklərinin böyük qismi kiçik ferma və plantasiyalarda yetişdirilir. Tierra Templada – da yaşayan insanlar paltarlarını və evlərini əlverişli iqlim şəraitinə uyğunlaşdırmışdır. Onlar kərpicdən tikilmiş və keramika damla örtülmüş evlərdə yaşayır.
Tierra Fria – Soyuq Ölkə Tierra Fria – da qarğıdalı, kartof, buğda və müxtəlif meyvələr yetişdirilir. Burada həmçinin ticarərətlə məşğul olurlar. Latın Amerikanın ən böyük şəhərlərindən bir neçəsi Tierra Fria – da yerləşir. Bunlara Boqota, Mexiko, Quito şəhərlərini göstərmək olar.
Tierra Fria – nın fiziki xüsusiyyətləri Tierra Fria Mərkəzi And Dağlarının böyük hissəsini əhatə edir, dəniz səviyyəsindən təxminən 1850 – 3600m hündürlükdə yerləşir. Orta temperatur 55 – 65 C arasında dəyişir. Gecələr çox soyuq keçir. Yüksək seqmentlerdə temperatur 0 C altında müşahidə edilir. Tierra Fria qurşağının əsas xarakteristikası dağlar və vadilərdir. Dağlar dik və möhkəm olur, lakin yaylalara da rast gəlinir. Altiplano adlı hündür yayla Peru və Boliviya arasında 11000 metr orta yükseklikdə yerləşir
Tierra Fria – da insanların adaptasiyası Burada yaşayan əhalinin yarısı yerli xalqdır. İki əsas qrup – Quechua və Aymaradır. Bu qrupların hər ikisi bir Incan imperiyasının əsas hissəsi idi. Əsrlər boyu yerli xalq yüksək seqmentlərdə həyata adaptasiya olmuşdur. Onlar souqdan özlərini qorrumaq üçün isti yun paltar geyinir, həmçinin, kərpicdən qalın divarlı evlər tikirlər. Hətta onların bədənləri də yüksək seqmentli əraziyə uyğunlaşmış, ağciyərləri daha çox hava tutumuna malikdir.
Tierra Helada – Şaxtalı Ölkə Hər il ibadət etmək üçün Quenchua yerliləri Cuzco şəhərinin yuxarısında yerləşən dağlara yürüyüş edirlər. Onlar bunu “dağ allahları” ndan bitki və ma – qara üçün su göndərmələrini istəmək üçün edirlər. Hava çox serək olduğu üçün səyahətə çıxanlar yavaş hərəkət etməlidirlər. Əgər onlar sürətli hərəkət etsələr, oksigen çatışmazlığından əziyyət çəkə bilərlər.
Tierra Helada – nın fiziki xüsusiyyətləri Tierra Helada dəniz səviyyəsindən texminən 4500 metr yüksəklikdə yerləşir. Orta temperatur 20 – 50 C arasında dəyişir. Tierra Helada – nın çox exstremal iqlimi var. Hava soyuq və küləkli olur, gecələr tez – tez donma baş verir və yüksək miqdarda qar müşahidə olunur. Bu bölgənin yuxarı kənarında qar xətti var, hardaki qalıcı qar və buz başlayır. Qar xəttindən yuxarıda qar