Andlı öhdəlik (1803)

"Andlı öhdəlik" — 1803-cü il 12 apreldə Rusiya ilə Car-Balakən arasında bağlanmış saziş.

1803-cü ilin aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı.

"Andlı öhdəliyə" əsasən:

Car-Balakən Rusiyanın tərkibinə daxil edilirdi; Car-Balakən camaatlığı öz daxili muxtariyyətini saxlayırdı; Carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli idilər; Camaatlıq sədaqət əlaməti olaraq ruslara girov verməli idilər; Camaatlığın ərazisində rus əsgərləri yerləşdirilməli idi. Carlıların şahzadə Aleksadrı və onun əlaltılarını qəbul etməmək və öz içərilərində gizlətməmək barədə tərəddüdü sazişdə xüsusi qeyd olunurdu.

  • Azərbaycan tarixi. Yeddi cilddə. IV cild. Bakı,2007.