Andorra Milli Kitabxanası

Andorra Milli Kitabxanası — Andorranın ən böyük kitabxanası.

Andorra Milli Kitabxanası
Xəritə
Ümumi məlumatlar
Ölkə
Yaradılıb 8 sentyabr 1930
Ünvan Edifici Rosaleda, François Mitterrand, 13, AD200 Encamp[1]
Digər məlumatlar
İşçi sayı
  • 3 nəf. (2022)
Sayt cultura.ad/biblioteca-na…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1930-cu ildə yaradılmış, 1974-cü ildə yenidən qurulmuşdur. Kitabxana Andorranın paytaxtı Andorra la Vella şəhərindəki Casa Bauro malikanəsində yerləşir. Milli kitabxana Andorradakı bütün nəşrlərin qanuni depozitlərini alır və müəllif hüquqları ilə də məşğul olur. Bu kitabxanını məşhurlaşdıran onun antik kolleksiyasıdır. Bura giriş ödənişlidir. Andorra Milli Kitabxanasının Kolleksiyası 19-cu əsrin nadir nəşrlərinə və sonralar çap olunmuş nadir nüsxələrə əsaslanır.[2]

8 sentyabr 1930-cu ildə Andorra Vadisi (los Valles de Andorra) sakinlərinə oxu mədəniyyətini inkişaf etdirmək və məlumat vermək məqsədilə yaradılmışdır. Əvvəlcə kitabxana "Kasa de la Vall" hökumət binasındakı "itirilmiş addımlar zalında" yerləşirdi. Kitabxana Barselona Sakinlərinin Andorra Cəmiyyətinin (Sociedat Andorrana de Residents a Barcelona) və digər özəl cəmiyyətlərin təşəbbüsü ilə yaradılmışdır. 1974-cü ildə Casa de la Vall kitabxanasından 2500 cild və Katalan Kitab Sərgisi və çoxsaylı nəşriyyatlar tərəfindən hədiyyə edilmiş kitabları alan yeni kitabxana yaradıldı.[3] 1996-cı ildə kolleksiyalarının artması səbəbindən kitabxana Casa Bauro malikanəsinə köçdü. 1987-ci ildən etibarən, milli kitabxananın vəzifələrinə əlavə olaraq, Andorra Milli Kitabxanası ISBN təyinat agentliyi kimi fəaliyyət göstərir.[4]

Milli biblioqrafiya

[redaktə | mənbəni redaktə et]

Andorra Milli Kitabxanası hər il öz milli biblioqrafiyasını "Ex Libris Casa Bauró" başlığı altında tərtib edir və 1998-ci ildən bu günə qədər olan məlumatları rəqəmsallaşdırıb və kitabxananın internet saytında əlçatan edir. Andorra Milli Kitabxanası hazırda öz milli biblioqrafiyası arasında 3957 yazıdan ibarət kolleksiyaya malikdir.[5]

Qanuni depozit rəsmi olaraq 1980-ci ilin martında "Andorra Baş Şurasının" qərarı ilə Andorra Knyazlığında başladı.[6] Andorranın qanuni depozitinin məqsədi statistik məqsədlər üçün çap əsərləri kolleksiyasını saxlamaq və knyazlığın ədəbi və bədii məhsullarının irsini qorumaqdır.[7]

  1. https://forum.ad/reoberta-la-biblioteca-nacional-en-la-seva-nova-ubicacio-a-la-seu-ministerial-del-rosaleda-a-encamp/.
  2. "Coneix la Biblioteca Nacional". Biblioteca Nacional d'Andorra. 11 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2022.
  3. "La Biblioteca Nacional". Biblioteca Nacional d'Andorra. 15 oktyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2011.
  4. "Dipòsit legal". Biblioteca Nacional d'Andorra. 15 oktyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 dekabr 2011.
  5. "Agència d'Andorra de l'ISBN". Biblioteca Nacional d'Andorra. 15 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 December 2011.
  6. "Dipòsit legal". www.cultura.ad. 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
  7. Govern d’Andorra Biblioteca Nacional. (1980). Decret del creació del Dipòsit Legal. Retrieved from: https://www.cultura.ad/images/stories/Biblioteques/Documents/drecret_diposit.pdf Arxivləşdirilib 2023-02-28 at the Wayback Machine