Andorrada COVID-19 pandemiyası

Andorrada koronavirus pandemiyası 2020 — 2 mart 2020-ci il tarixdə Andorrada ilk yoluxma halının rəsmi elan edilməsi ilə ölkədə 2019–20 koronavirus pandemiyasının yayılması təsdiq olundu.

Andorrada COVID-19 pandemiyası
İlk qarşılaşma 2 mart 2020[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cavab tədbirləri

[redaktə | mənbəni redaktə et]

Hökumət 16 mart tarixindən etibarən məktəblərin bağlanması barədə göstəriş verdi. Bundan əlavə, dövlətin keçirilməsini planlaşdırdığı bütün mədəni tədbirlər ləğv olundu.[2] Martın 13-də dövlət başçısı Xavyer Espot Samora zəruri məhsulların satışını həyata keçirən müəssisələr, yanacaqdoldurma məntəqələri və apteklərdən başqa bütün ictimai iaşə obyektlərinin iki həftə bağlanacağını açıqladı.[3] Ertəsi gün Konstitusiya Günü ilə əlaqədar tədbirlər ləğv edildi. Bundan əlavə, sərhədlər məhdudlaşdırıldı və insanlara yalnız səhhəti ilə əlaqədar, yüklərin daşınması və ya xaricdə yaşayan sakinlər üçün sərhədi keçməyə icazə verilirdi. Tütün və spirtli içkilərin turistlərə satılması qadağan edildi, Andorra vətəndaşlarına və sakinlərinə satılmasına icazə verilən miqdar isə məhdudlaşdırıldı.[4]

Martın 16-da Espot, tikinti və "liberal" (yüksək təhsilli) peşələr kimi yüksək riskli iş fəaliyyətlərinin ən azı 8 gün müddətinə dayandırılması barədə göstəriş verdi və səhiyyə sisteminin çökməsinin qarşısını almaq məqsədilə dövlət idarəetməsi minimum səviyyəyə endirildi. Bununla yanaşı, hökumət Konstitusiyada nəzərdə tutulmuş, lakin heç bir qanunda işlənməmiş həyəcan və fövqəladə vəziyyət rejimini idarə etmək üçün qanuni addımlar üzərində işləməyə başladı.[5]

Hadisələrin ardıcıllığı

[redaktə | mənbəni redaktə et]

Martın 2-də Andorra ilk koronavirus faktını təsdiqlədi. Virusa yoluxan Milandan qayıdan 20 yaşlı bir şəxs idi.[6] Hökumət öz bəyanatında keçirilən testlərin müsbət nəticələndiyini və xəstənin sonrakı müayinələr üçün xəstəxanada qalacağını, yaxın ətrafına nəzarət ediləcəyini bildirdi.[7] Martın 8-də şəxs xəstəxanadan buraxıldı.[8]

Martın 12-də ikinci yoluxma faktı təsdiq edildi: bu, qızı müəllim olan 87 yaşlı bir qadın idi. Ardınca hökumət bütün məktəblərin martın 16-dan bağlanacağını açıqladı.[9][10]

Martın 13-də Baş nazir Xavyer Espot xüsusi bir kütləvi görüşlə elan etdi ki, əsas mağazalar, apteklər və yanacaqdoldurma məntəqələrindən başqa iki həftə ərzində bütün ictimai iaşə obyektləri bağlanacaq.[11][12]

Martın 14-də Baş Məclis tərəfindən dayandırıldıqdan sonra 27-ci Konstitusiya günü ilə bağlı bayram tədbirləri həyata keçirilmədi.[13]

Martın 15-də Andorrada dörd yeni yoluxma faktı ilə birlikdə ümumi sayın 6-ya çatdığı bəyan edildi. Bunlardan 5-i həmin dövrdə aktiv virus daşıyıcıları idilər. Virusa yoluxan dörd nəfərin hamısı 87 yaşlı qadınla təmasda olmuşdular.[14]

Martın 16-da Baş nazir bütün tikinti və sənaye fəaliyyətlərinin bağlanmasını əmr etdi, çünki koronavirusa yoluxma halları 14-ə yüksəlmişdi və 9 yeni yoluxma faktının aşkar edilməsi ilə bir gün ərzində qeydə alınan yoluxma hallarının sayı ən yüksəsk həddə çatmışdı.[15][16]

Martın 17-də yoluxanların sayı 39-a çatdı.[17] Andorra şahzadəsi Joan Enrik Vives i Sisiliya televiziya ilə xüsusi mesajını çatdıraraq hamını soyuqqanlı olmağa və əməkdaşlığa çağırdı.[18]

  1. https://www.garda.com/fr/crisis24/alertes-de-securite/319391/andorra-first-case-of-covid-19-confirmed-march-2.
  2. "Tancament del batxillerat de l'Escola Andorrana demà i de totes les escoles dilluns per un positiu". Diari d'Andorra. 13 March 2020. 16 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2020.
  3. "Govern tanca el comerç menys alimentació i farmàcies". Diari d'Andorra (katalan). 13 March 2020. 20 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2020.
  4. "Prohibida la venda de tabac i alcohol als turistes". El Periòdic. 16 March 2020. 20 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2020.
  5. "S'atura l'activitat a la construcció, la indústira, els artesans i els professionals liberals". Andorra Difusió. 16 March 2020. 21 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 April 2020.
  6. "A 20-year old man is Andorra's first coronavirus case". Reuters. 2 March 2020. 2 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 March 2020.
  7. "A 20-year old man is Andorra's first coronavirus case". Reuters. 2 March 2020. 2 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 March 2020.
  8. "Dan de alta al único paciente andorrano con coronavirus tras dos análisis negativos". La Vanguardia. 8 March 2020. 21 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2020.
  9. "Segon cas positiu per coronavirus al Principat". El Periòdic. 12 March 2020. 24 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2020.
  10. "Tancament del batxillerat de l'Escola Andorrana demà i de totes les escoles dilluns per un positiu". Diari d'Andorra. 12 March 2020. 16 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2020.
  11. "Govern tanca el comerç menys alimentació i farmàcies". Diari d'Andorra. 13 March 2020. 20 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 March 2020.
  12. "Missatge del cap de Govern a la població davant la situació excepcional per coronavirus". Andorran Government. 12 March 2020. 27 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 March 2020.
  13. "El Consell General suspèn els actes pel Dia de la Constitució". Diari d'Andorra. 14 March 2020. 17 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 March 2020.
  14. "Quatre nous positius per COVID-19" (Catalan). 15 March 2020. 17 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 March 2020.
  15. "Catorze positius per coronavirus i 43 pacients sospites de contagi". Diari d'Andorra. 16 March 2020. 13 April 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2020.
  16. "Govern atura la construcció i les activitats industrials vuit dies". Diari d'Andorra. 16 March 2020. 20 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 March 2020.
  17. "39 positius per coronavirus dels quals 12 són personal sanitari". Diari d'Andorra. 17 March 2020. 2 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2020.
  18. "Vives demana "calma i serenor" a la ciutadania enfront de la pandèmia". El Periòdic. 17 March 2020. 20 March 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 March 2020.