Andorranın dövlət quruluşu

Andorranın dövlət quruluşu knyazlıqdır. Əslində isə burada respublika quruluşu mövcuddur. Qanunverici orqan tərkibi 28 nəfərdən ibarət olub, əhali tərəfindən birbaşa ümumi səsvermə ilə dör il müddətinə seçilən Baş sovetdir (bir palatalı parlament). Onun aktları dövlətin başçısı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Dövlətin başında isə Fransa prezidenti və Urxel yepiskopu durur. İcraedici hakimiyyət general sovetin təyin etdiyi birinci və ikinci sindikatlara, eləcə də Fransa prezidenti və Urxel yepiskopunu təmsil edən iki nümayəndəyə aid idi. Ölkədə bir neçə siyasi partiya fəaliyyət göstərir. Bunlardan demokratik birlik partiyası feodalizm qalıqlarının ləğvi uğrunda mübarizə aparır,söz azadlığı tələb edir və ayrı-seçkilik əleyhinədir. Knyazlıq çoxluğu partiyası mühafizəkar, mülayimlər partiyası isə liberal partiyadır.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Hacıyeva G.A.Dünyanın cırtdan dövlətləri. Bakı 1991.