Andre-Jak Qarneren (fr. André-Jacques Garnerin) — fransız ixtiraçı və aviator. Çərçivəsiz paraşütü ixtira etmişdir. Qarneren Jak Şarlın tələbəsi olmuşdur.
Andre-Jak Qarneren | |
---|---|
fr. André-Jacques Garnerin | |
Doğum tarixi | |
Doğum yeri | Paris, Fransa |
Vəfat tarixi | (52 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Milliyyəti | Fransız |
Vikianbarda əlaqəli mediafayllar |
Napoleon müharibələrinin ilk illərində Böyük Britaniya ordusuna əsir düşmüş və Avstriya birliklərinə təhvil verilmişdir. 1792–1797-ci illərdə Qarneren Budapeşt şəhərində əsirlikdə saxlanılmışdır. Həbsxanada olan zaman, həbsxanadan qaçmaq üçün paraşütün sxemini hazırlamışdır.
Həbsxanadan buraxıldıqdan sonra Fransaya qayıtmış və burada hava şarında uçuşlar təşkil etməyə başlamış və nəhayət 1797-ci il 22 oktyabr tarixində Parisin Monso parkında 900 metr hündürlükdə uçan hava şarından paraşütlə tullanmışdır.