Andre Torpağı (norv. Bünsow Land) — Qərbi Şpisbergen adasının bir hissəsini təşkil edən ərazi (Şpitsbergen, Norveç). Veydefiord və Vudfiord arasında yerləşir. Şimalı hündürlüyü 700 m olan yayladan, cənubu isə maksimal hündürlüyü 1367 m olan düz təpələrdən ibarətdir. İsveçli qütb araşdırmaçısı Solomon Avqust Andrenin[1] şərəfinə adlandırılmışdır. Ərazisinin böyük hissəsi buzla örtülüdür.