Andre Villaş-Boaş

André Villas-Boas (17 oktyabr 1977[2], Portu) — futbol üzrə Portuqaliyalı baş məşqçi.

Andre Villas-Boas
port. André Villas-Boas
Ümumi məlumatlar
Tam adı Luís André de Pina Cabral e Villas-Boas[1]
Doğum tarixi 17 oktyabr 1977(1977-10-17)[2] (46 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 182 sm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İdman karyerası

[redaktə | mənbəni redaktə et]

Andre Villas-Boas karyerasına hələ 16 yaşında ikən başlamışdır. İngilis Bobbi Robsonun Portonun başında olduğu dövrdə Robson ilə qonşu olan Boasın o dövr Porto forması geyən Domingos Paciencia haqqındakı analizi Robsonun marağını çəkmiş və özü Portonun müşahidəçi qrupuna alınmışdır. Yaxşı dərəcədə ingiliscə bilməsi səbəbi ilə Sir iRobson ilə yaxşı razılaşan Villas-Boas Robsonun da köməkçi olması ila Şotlandiyaya təhsil almağa getmiş və 17 yaşındaykən UEFA C sertifikatı almışdır. İlk texniki direktorluq təcrübəsini 21 yaşındaykən Birləşmiş Krallıq Virgin Adaları Milli Futbol Komandasının başına keçərək yaşamış , 2003-cü ildə Portoda Jose Mourinhonun assistenti olaraq texniki qrupda iştirak etmişdir. 2003-ci ildən 2009-ci ilə qədər də Porto, Chelsea və Internazionale komandalarında Mourinho ilə birlikdə çalışmışdır. Boas bu üç dövrdə bir UEFA Kuboku, bir UEFA Çempionlar liqası, dörd dəfə də milli liqa çempionluğu yaşamışdır.

"Akademika" dövrü

[redaktə | mənbəni redaktə et]

2009-2010-cu il mövsümü əvvəli Boas öz karyerasında irəliləmə qərarı almış və Portuqaliya Super Liqası komandalarından Academikanın başına Oktyabr 2009da istefa edən Roqerio Qonçalvesin yerinə texniki adam olaraq keçmişdir.Villas-Boasın gəlməsiylə, liqanın son əsnasında galibiyetsiz vəziyyətdə olan Akademika yüksəlişə keçərək mövsümü liqa 10.su olaraq, düşmə xəttinin 10 bal üzərində bitirmişdir. Komanda ayrıca Liqa Kuboku yarı finalına qədər çıxıb, Estadio do Dragão'da Portoya son dəqiqələrdə Mariano Qonzalezden yedikləri qol ilə elenerek əhəmiyyətli bir müvəffəqiyyət göstərmişdir. Akademikaya apardığı futbol ilə diqqət çəkən Boasın adı Karlos Karvalhalın yerinə Sportinq Lissabon ilə xatırlansa da, bu transfer reallaşmamışdır.

"Porto" dövrü

[redaktə | mənbəni redaktə et]

Jesualdo Ferreiranın ayrılmasından sonra adı Portoyla xatırlanmağa başlayan Boas, 2 İyun 2010-cu ildə Porto ilə razılaşmış və iki gün sonra da bu qərar mətbuata açıqlanmışdır. Gənc texniki adam 7 Avqust 2010da Benfika Portuqaliya Super Kubokunda 2 -0 məğlub edərək, karyerasının ilk kubokunu qazanmışdır.

2010-11 mövsümündə Boaslı Porto liqada 30 matçda 27 qalibiyyət 3 birlik almış və mövsümü naməğlub tamamlamışdır. UEFA Avropa Liqası finalında isə yenə bir Portuqaliya klubu olan Braqayı 1 - 0 məğlub edərək karierinin ilk Avropa Kuboku çempionluğunu yaşamışdır. Rəqib komandanın baş məşqçisi isə üzərinə analiz etdiyi ilk futbolçu olan Domingos Paciência idi. Ayrıca bu çempionluq özünə "Avropa Kuboku çempionluğu yaşayan ən gənc baş məşqçi" ünvanını da qazandırmışdır.Bunun xaricində qırdığı digər bəzi rekorlarsa bunlardır:

Porto tarixinin məğlub olmazlıq rekordu. 36 rəsmi matç boyunca heç yenilmeyerek klub tarixinin rekordunu qırdı. Rekord daha əvvəl 33 matç ilə Jose Morinhoda idi.

Bir Portuqaliya klubunun bir mövsüm boyunca Avropa kuboklarında üst üstə aldığı ən çox qalibiyyət. 30 maçlı mövsüm boyunca Portuqaliya Super Liqasında toplanan ən yüksək bal.

Portuqaliya Super Liqasında bir mövsümdəki ən uzun qalibiyyət ardıcıllığı.

Liqa ikincisinə atılan ən böyük bal fərqi.

"Çelsi" dövrü

[redaktə | mənbəni redaktə et]

Portoda 2010-11 mövsümündə qazanılan UEFA Avropa Liqası, Portuqaliya Super Kuboku, Portuqaliya Super liqası çempionluqlarının ardından Çelsinın sahibi olan iş adamı Roman Abramoviçin "taktika zəkasına heyran qaldım" şərhini etdiyi Villas-Boas 21 İyun 2011 gecəsi Porto klubuna müqavilə ləğv əvəzi olaraq 15.000.000 € ödəyərək istefa etmişdir. 22 İyun 2011 tarixində isə Çelsi ilə üç illik müqavilə imzaladığı klub tərəfindən rəsmi olaraq açıqlamışdır.

3 Mart 2012 tarixindəki liqa matçında West Bromviç Albiona 1-0 məğlub liderlə xal fərqinin iyirmiyə çıxmasının ardından klubdan qovulmuşdur.

Müvəffəqiyyətləri

[redaktə | mənbəni redaktə et]

Portuqaliya Super Kuboku: 1

2010 (Porto ilə.) Portuqaliya Super liqası: 1

2010-11 (Porto ilə.) Portuqaliya Kuboku: 1

2010-11 (Porto ilə.) UEFA Avropa Liqası: 1

2010-11 (Porto ilə.)

2009-10 - CNID İlin Çıxış Edən baş məşqçisi (Akademika)