Andreas Vagenhaus

Andreas Vagenhaus (29 oktyabr 1964[1][2]) — Almaniya futbolçusu

Andreas Vagenhaus
Ümumi məlumatlar
Doğum tarixi 29 oktyabr 1964(1964-10-29)[1][2] (60 yaş)
Vətəndaşlığı
Mövqeyi müdafiəçi
Karyerası
AlmaniyaAlmaniya
Milli yığma[* 1]

  1. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Andreas Vagenhausun keçmiş Almaniya Demokratik Respublikasının (ADR) casusu olduğu 2010-cu ildə üzə çıxıb. İsveçrənin "Tages Anzeiger" qəzetinin araşdırmasına görə, Vagenhaus 1989–1993-cü illərdə "Dinamo" (Drezden) komandasında oynadığı vaxt ADR-in STASİ adlı kəşfiyyat orqanına "işləyib". O, komanda yoldaşı Detlef Şösslerlə birgə bu işi həyata keçirib. Hər iki oyunçu "Dinamo" Avropa kuboku matçlarına gedərkən, komandadakı digər oyunçuların ADR-dən qaçma planlarını STASİ-yə ötürüblər[3].

Andreas Vagenhaus 1993–1994-cü il mövsümündə "Fənərbaxça"ya transfer olub. İstanbul klubu ilə 2 illik müqavilə bağlayan müdafiəçi 20 oyunda 1 qol vurub. O, müqaviləsi başa çatmadan mövsümün sonunda qarşılıqlı razılıq əsasında komandanı tərk edib. Vagenhaus 1990-cı ildə ADR yığmasının heyətində 3 matçda iştirak edib.

  1. 1 2 Andreas Wagenhaus // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Andreas Wagenhaus // FBref.com (çd.).
  3. "Fənərbaxça"nın sabiq futbolçusu casus çıxdı Arxivləşdirilib 2010-09-17 at the Wayback Machine  (az.)